Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (15-04-2014, 23:16)
Həbsdəki iş adamından icra başçısına növbəti ağır ittihamlar

 

Həbsdəki iş adamı ilə icra başçısının davası böyüyür; “Bir icra başçısı ki, paqonometrlə kvadratmetri ayıra bilməyə...”

 

Həbsdə olan iş adamı Müqayis Verdiyevin Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə mətbu savaşı davam edir. Ötən həftə M.Verdiyevin yaxınları redaksiyaya onun N.Quliyevə açıq məktubunu təqdim etmişdilər. Həmin məktubun dərcindən sonra iş adamının yaxınları redaksiyaya növbəti material yollayıblar. 

 

İş adamı iddia edir ki, bu həbsi icra başçısı N.Quliyev sifariş verib. M.Verdiyevin vəkilləri və yaxınları mətbuata bu iddianı isbatlayan bir sənəd təqdim etmişdilər. Həmin sənəd əslində N.Quliyev Baş Prokurorluğa yazdığı məktubdur. İH başçısı məktubda  M.Verdiyevin həbsinin vacibliyini vurğulayır. 

 

Müqayis Verdiyevin yaxınlarının redaksiyamıza yolladığı növbəti yazı konkret olaraq istintaq materiallarına əsaslanır. Yazını bəzi ixtisarlarla təqdim edirik: 

 

“Birinci yalan

 

Goranboy rayonunda abadlıq işlərini aparmış “Fəqan Xidmət” MMC-nin rəhbəri Fəyyaz Məmmədov istintaqa  ifadəsində deyib ki, 2009-cu ildə yaratdığı “Fəqan Xidmət” MMC 2012-ci ildən etibarən Goranboy rayonunda həyata keçirilən tikinti və abadlıq işlərinə qatılıb. Bunun üçün Goranboy rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub (hərçənd bunun özü də kifayət qədər şübhəli bir proses olub). F.Məmmədov bildirir ki, tenderin qalibi olduqdan sonra üzərinə götürdüyü işləri subpodratçılar vasitəsi ilə həyata keçirməyə başlayıb. Onlardan biri də Müqayis Verdiyev olub. İş adamı ilə tanışlıq isə Goranboy İcra Hakimiyyəti başçısının müavini Baxış Abdullayev vasitəsi ilə reallaşıb. “Fəqan Xidmət” MMC-nin rəhbəri həmin vaxt M.Verdiyevlə şifahi razılıq əldə edib və amma iş adamının onunla subpodrat müqaviləsi bağlamadığını vurğulayıb. O, deyib ki, subpodratçı kimi çıxış edən M.Verdiyev guya, müxtəlif bəhanələr gətirərək sənədləri imzalamaqdan imtina edib: “Direktoru olduğum MMC-nin fəhləsi və müvafiq texnikası olmadığından subpodratçılar özləri fəhlə və texnikanı tikinti işlərinə cəlb ediblər. 2012-ci ilin noyabr ayında Müqayis Verdiyev təxminən 25-30 nəfər fəhləni cəlb edərək, abadlıq işlərinin həyata keçirilməsinə başlayıb”. 

 

Fəyyaz Məmmədov daha sonra yazır ki, gördüyü işlərin müqabilində Müqayis Verdiyevə ayrı-ayrı vaxtlarda ya onun, ya da ki, Baxış Abdullayev tərəfindən hissə-hissə olmaqla cəmi 101800 manat məbləğində pul verib. 2013-cü ilin mart ayının əvvəllərində isə iş adamının fəhlələrə əmək haqqı vermədiyini öyrənib. Və bu da fəhlələrin icra hakimiyyətinin binası önünə yığılması ilə üzə çıxıb. “Fəqan Xidmət”in rəhbəri iddia edir ki, o, M.Verdiyevin fəhlələrə verilən əmək haqqını şəxsi məqsədləri üçün xərclədiyindən belə bir vəziyyət yaranıb. F.Məmmədovun verdiyi ifadəsində yalan və qanun pozuntuları o qədər çoxdur ki, bu onun özünə qarşı çevrilməli olduğu halda, səssiz qalınıb. 

 

Əvvəla, subpodrat müqaviləsi yalnız hüquqi şəxslə və ya fərdi fəaliyyət göstərən fiziki şəxslə bağlana bilər. Fiziki şəxslə subpodrat müqaviləsi bağlanarkən fiziki şəxs mütləq vergi orqanında uçotda durmalı, VÖEN-i olmalı, o cümlədən DSMF-də uçota durmalıdır. Qanunvericiliyə əsasən, şirkət həmin sənədləri podratçı təşkilata təqdim etməli, bundan sonra tərəflər bütün şərtlərlə razı olduqda yazılı müqavilə bağlamalıdırlar. Eyni zamanda, podratçı təşkilat müqavilə bağlandıqdan sonra subpodratçıya yalnız razılaşdırılmış məbləğin 30 faizi həcmində avans verə bilər. İşlər görüldükdən sonra podratçı təşkilat, sifarişçi ilə birlikdə təşkil edilmiş komissiya əsasında subpodratçı təşkilat tərəfindən görülmüş işləri qəbul etməli, “Forma 2” tərtib etməli və həmin sənəd əsasında pulun qalığını subpodratçıya ödəməlidir. Pul verilərkən kassa mədaxil və məxaric orderlər əsasında verilməlidir. Həmin orderlər nömrəli formada vergi orqanında qeydiyyata qoyulur və vergi orqanının icazəsi alınır. Əslində, işin içindəki yalanın mahiyyəti elə ilk andaca üzə çıxır. Çünki Fəyyaz Məmmədov “Fəqan Xidmət” MMC-nin rəhbəri olaraq Müqayis Verdiyevdən başqa, Rövşən, Vurğun və Pərviz adlı şəxslərlə də müqavilə bağladığı halda, onların nə soyadlarını, nə də atalarının adlarını çəkə bilir. İkinci ziddiyyət ondan ibarətdir ki, digər subpodratcılarla müqavilə yazılı formada bağlanıldığı halda, Müqais Verdiyev onunla bağlanan subpodrat müqaviləsinə imza etməyib. Bütün bunların fonunda çoxsaylı suallar meydana çıxır ki, onların bir neçəsini qarşı tərəfin diqqətinə çatdıraq. 

 

İlk olaraq sual olunur ki, nəyə görə, müqavilə bağlanılarkən Müqayis Verdiyevdən lazım olan sənədlər tələb olunmayıb? Madam iş adamı müqavilə imzalamaqdan imtina edibsə, sizin marağınız nə olub ki, onunla iş görübsünüz? Ən vacib sual isə budur: “Fəqan Xidmət” MMC Müqayis Verdiyevə gördürdüyü işləri qəbul edibmi? Pulun hansı vaxt və hansı formada ödənildiyi də konkret olaraq məlum deyil. Üstəlik, pulu ödəyərkən hər hansı bir sənədin tərtib edilib-edilmədiyi də sual olaraq qalır. Və daha bir vacib sual ondan ibarətdir ki, “Fəqan Xidmət” MMC-nin rəhbəri niyə pulu icra başçısının müavini Baxış Abdullayevin yanında ödəyib? Onun bu işə nə kimi aidiyyatı var? Bu məsələdə ziddiyyətlər o qədər çoxdur ki, saymaqla bitən deyil. “Fəqan Xidmət”in rəhbərinin açıq şəkildə yalan danışdığı və bunu sübut edəcək yetərli qədər faktlar var. Elə F.Məmmədovun iş gördüyü adamları tanımaması, kimə nə qədər pul verdiyi onların sırasında adilərdən biridir. Burada bir məqamı da diqqətinizə çatdıraq. Qeyd edək ki, qanuna əsasən müqavilə bağlanıldıqdan sonra muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödənilməlidir. Belə olan halda siz sifarişçidən, yəni Goranboy rayon İcra Hakimiyyətindən pulu yalnız işi təhvil verdikdən sonra “Forma 2” təqdim etdikdən sonra almaq mümkün idi. Əgər “Fəqan Xidmət” həmin pulu Goranboy rayon İcra Hakimiyyətindən almayıbsa, hansı pulla Müqais Verdiyevin pulunu ödəyiblər? 

 

İkinci yalan 

 

İkinci yalanı isə 2010-cu ildən Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyən Baxış Abdullayev danışıb. Daha doğrusu, adam özünü dolaşığa salıb. Onun dediklərindən belə başa düşülür ki, 2012-ci ildə prezidentin sərəncamı ilə Goranboya abadlıq və quruculuq işləri üçün 2 milyon manat ayrılıb. Bu məqsədlə yaradılmış tender komissiyasına da elə Baxış Abdullayev rəhbərlik edib. O, deyir ki, tenderin qalibi “Fəqan Xidmət” MMC olub. Və şirkətin rəhbəri F.Məmmədovla müqavilə bağlanılıb. Müqayis Verdiyevlə MMC arasında müqaviləyə əsasən iş adamı işçiləri ilə birlikdə rayonda aqlay işlərini həyata keçirib və F.Məmmədov onun iştirakı ilə M.Verdiyevə 101800 manat pul ödəyib. Adam özünü burada bir xeyli dolaşdırıb. Birincisi, B.Abudllayev tender komissiyasının rəhbəri olaraq yalnız tenderin keçirilməsinə məsuldur. Ondan sonrakı işləri isə tenderi udan şirkət həyata keçirir. İkincisi, komissiyanın üzvü kimi, Müqayis Verdiyev tərəfindən görülmüş işlərin təhvil alınmasına məsuldur. Amma bu barədə ümumiyyətlə, söhbət getmir. İşlər tam görülmədiyi halda pulun ödənilməsi qanunla qadağan olduğu halda, B.Abdullayevin M.Verdiyevə pul verməsi qanunaziddir və bunun özü araşdırma predmetidir. Üstəlik, iş adamına pulun verilməsində icra başçısının müavininin iştirakı ümumiyyətlə, yolverilməzdir. Və bu özü dəlalət edir ki, “Fəqan Xidmət” MMC bilavasitə Goranboyun icra başçısına məxsusdur. “Fəqan Xidmət”də niyə vergi və audit yoxlaması aparılmır? Bildirək ki, “Fəqan Xidmət”MMC-nin fəaliyyətinin ciddi şəkildə yoxlanılmasına əsaslar var. Bu əsasların fonunda Goranboy rayon İcra Hakimiyyəti də məsuliyyət daşıyan tərəf kimi çıxış etməlidir. Çünki əlbir şəkildə hərəkət edən hər iki tərəf dövləti aldatmaqla yanaşı, həm də ciddi ziyan vurublar. Qeyd edək ki, “Fəqan Xidmət” MMC-nin yol verdiyi əsas qanun pozuntuları sırasında “Forma 2” təqdim edilmədən pul köçürmələri, pulun nağd şəkildə ödənilməsi, müqavilə olmadan vəsaitin verilməsi, prezident tərəfindən Goranboya ayrılmış 2 milyon manatın təyinatı üzrə xərclənməməsi və digər məsələlərdir. Nəzərinizə çatdıraq ki, Müqayis Verdiyev və vəkili dəfələrlə “Fəqan Xidmət” MMC-də vergi və audit yoxlamalarının aparılması iddiası qaldırsalar da, Goranboyun icra başçısı Nizaməddin Quliyevin dolayı təzyiqləri vasitəsi ilə bu, mümkün olmayıb. Həbsdə olan iş adamı bu gün tələb edir ki, sözügedən şirkətdə vergi və audit yoxlamaları aparılmalıdır. 

 

Paqonometrlə kvadratmetri ayıra bilməyən icra başçısı 

 

Maraqlı məqamlardan biri də odur ki, Goranboyun icra başçısı Nizaməddin Quliyevin tikinti haqqında təsəvvürləri ən yaxşı halda orta məktəb səviyyəsindən də aşağıdır. Rayonun rəhbəri hələ də paqonometrlə kvadratmetr arasında fərqi bilməməklə yanaşı, bunun mübahisəsini aparacaq qədər “cəsarət” sahibidir. Və işin ən gülməli tərəfi odur ki, bununla bağlı ona irad tutulmasına rəğmən, hələ də ölçü vahidləri ilə bağlı bilgi almaq üçün kitablara baş vurmayıb. Heç olmasa köməkçisi vasitəsi ilə bu bilgiləri əldə edib oxumaq imkanı varkən, bunu etməməsi onun işinə paqonometrlə kvadratmer arasında görmədiyi fərq qədər yanaşması anlamına gəlir”.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024