Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:22)
Bir ildə 58 tender udan "Gillmed Zəngilan" etibarsız təchizatçı çıxdı

 Satınalma müsabiqələrində fəal iştirak edən və əsasən kotirovka sorğularının qalibi seçilən "Gillmed Zəngilan" MMC etibarsız təchizatçılar siyahısına salınıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkət növbəti il avqust ayının 3-dək satınalma müsabiqələrində iştirak edə bilməyəcək.
"Gillmed Zəngilan" MMC-nin "qara siyahı"ya salınması satınalma müqaviləsinin icrasından boyun qaçırması ilə bağlıdır. Lakin konkret hansı qurumla bağlanmış müqavilədən söhbət getdiyi məlum deyil.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, şirkət sonuncu dəfə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb. Maliyyə dəyəri 14.333,46 manat olan müqavilədə işçi geyimlərinin və təhlükəsizlik ləvazimatlarının satın alınması nəzərdə tutulur. Ümumiyyətlə isə şirkət ötən ilə nə az, nə çox, 58 satınalma müqaviləsi imzalayıb.
"Gillmed Zəngilan" MMC 29 avqust 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Zəngilan rayonu, Ağalı kəndi, ev 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılzadə Bəhruz Mirsaleh oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
​​​​шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
4 02 2026
3 02 2026
3 02 2026
3 02 2026