Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (24-11-2016, 13:48)
Lerikdə maliyyə fırıldaqları... - İTTİHAM VAR

Lerikdə maliyyə fırıldaqları...
Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Lerik rayonu Maliyyə İdarəsinin işində müşahidə olunan müxtəlif qanun pozuntularından bəhs olunur.

Mediatv.az:  Açıqlamalarda iddia olunur ki, əgər son bir neçə ildə rayona ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi xüsusunda ölkənin Maliyyə Nazirliyi tərəfindən müvafiq yoxlama keçirilərsə, bu zaman külli-miqdarda vəsaitlərin mənimsənilməsi halları aşkar olunar. Xüsusi olaraq vurğulanır ki, Lerik Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində bu kimi mənimsəmə hallarına daha çox rast gəlmək mümkündür. Digər tərəfdən isə, yerli mənbələr rayonun Maliyyə İdarəsinin rəisi Elman Abbasovun müəyyən saxta, yəni əslində heç bir maddi-texniki bazası olmayan şirkətlərlə iş birliyinə girərək müxtəlif maliyyə maxinasiyaları törətdiyini iddia edirlər. Artıq qeyd etdiyimiz kimi, daxil olan məlumatlarda E.Abbasovun rayonun dövlət idarələrində rəhbər vəzifələrdə çalışan bəzi məmurlarla da əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair maraqlı açıqlamalar təqdim olunur. Bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, Lerik rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Həm də məlumatlarda vurğulanır ki, Elman Abbasovun bəzi dövlət müəssisə rəhbərlərilə əlbir törətdiyi bu maxinasiyaların reallaşdırılması da əksər hallarda məhz “DİCO” MMC şirkəti vasitəsilə həyata keçirilir. Maraqlıdır ki, mənbələrin iddiasına görə bu şirkətin yeganə əməkdaşı elə MMC-nin direktoru Fəxrəddin Əliyev özüdür. Buna baxmayaraq Lerik rayonunda elan olunan tender və kotirovka sorğularını daha çox “udan” şirkət də məhz “DİCO” MMC-dir (öz aramızdır, bu cümlədə udan kəlməsini “dırnaq” arasına almağa əslində heç lüzum yoxdur). Yəqin ki, bu şirkətin bizə məlum olmayan bir çox məziyyətlərindən maliyyə rəisi Elman Abbasovun xəbəri var. Axı təkliflərin qiymətləndirilməsində üstünlük verilən meyarlar sırasında aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə kimi kriterilərlə yanaşı, iddiaçı şirkətin maliyyə imkanları da nəzərə alınır. Bundan isə, maliyyə rəisinin mütləq xəbəri olmalıdır. Həm də bu bir nəfərdən ibarət şirkət olduqca müxtəlif sahələrdə “səmərəli” fəaliyyəti ilə diqqəti cəlb edir. Belə ki, bir müdət əvvəl bu şirkətin hesabına Nüvədi kəndindəki uşaq bağçası üçün ərzaq məhsulunun alınmasına 10 min manat, Osyodərə kənd icra nümayəndəliyinə dəftərxana ləvazimatları alınması üçün 5 min manat, rayonda aparılacaq abadlaşdırma işlərinə görə 9 min manat köçürülüb.

Bir müddət əvvəl aldığımız açıqlamalarda isə qeyd olunmuşdu ki, son vaxtlar Lerikdə həyata keçirilən maliyyə maxinasiyalarının mexanizmində müəyyən dəyişikliklər olunub. Məsələ bundadır ki, bir qədər əvvəl Lerik rayon prokurorluğu tərəfindən bir sıra ilğım-şirkətlərin fəaliyyətləri ciddi şəkildə araşdırılmışdı. Hətta bu MMC-lərdən əksəriyyəti bağlanaraq fəaliyyətini də dayandırmışdı.

Digər tərəfdən isə, ölkə mətbuatında ən son dərc olunan məlumatlarda artıq bu yaxınlarda Elman Abbasovun özünün də vəzifədən alınacağı barədə proqnozlar verilir: “Maliyyə naziri Samir Şərifov Lerik rayonunda maliyyə şöbəsinin bağlanmasında qərarlıdır. Buna səbəb həm şöbədəki maxinasiyalar, həm də struktur islahatlarına hazırlıqdır. Artıq şöbənin əməkdaşları da köç ab-havasına uyğunlaşıblar. Şöbə rəisinə qeyri-rəsmi xəbərdarlıq olunub ki, möhür-ştampını götürüb (?), getməyə hazırlaşsın. Çox güman ki, regional idarə yaradılacaq və mərkəz Lənkəranda fəaliyyətə başlayacaq...”

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik (hərçənd, öncəki cəhdimizdə Elman Abbasov yuxarıda deyilənlər barədə mövqeyini bildirməkdən imtina etmişdi). 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024