Siyasət / Slayd (Bu gün, 14:56)
Ərdoğana generallarla bağlı yeni səlahiyyət verilir
Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.
“Qafqazinfo” “Sözcü”yə istinadən xəbər verir ki, qanunda ediləcək dəyişikliyə əsasən, Türkiyə Prezidenti bu generalların xidmətdə olma müddətini artıra biləcək.
Prezidentə veriləcək yeni səlahiyyətlə o, ordunun general və admirallarının xidmətdə olma vaxtını hər dəfə 1 il müddətə olmaqla 72 yaşa kimi artıra biləcək.
Bu müddəanın qüvvəyə mindiyi tarixdən general-mayor, kontr-admiral, briqada generalı rütbələrinə malik şəxslərin general-leytenant və ya vitse-admiral rütbəsinə yüksəldilməsi üçün müvafiq komanda-qərargah hazırlığı kurslarından keçməsi də tələb olunmayacaq. Belə ki, hərbi akademiyaları müvəffəqiyyətlə bitirən şəxsi heyət üzvləri komanda-qərargah hazırlığını başa vurmuş hesab ediləcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025