Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:58)
“Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yarandı

 Bir zamanlar Azərbaycan televiziya məkanında satirik-publisistik janrın yeganə təmsilçisi olan "Qulp” proqramı böyükdən kiçiyə çoxlarının baxımlı verilişi idi.

Uzun müddət ANS telekanalında yayımlanan verilişdəki maraqlı obrazlar indi də xatırlanır - Baba Pünhan, Aşıq Yadigar, rəssam Mirteymur, Xanım nənə, Şirin Zərdablı, dumbul Bəhram və başqaları... Təəssüf ki, onların əksəriyyəti artıq həyatda deyillər.

"Qulp”un aparıcı obrazlarından olan Aşıq Yediyar həyatda olsa da, çoxdandır efirlərdə görünmür. Bu da səbəbsiz deyil, Əməkdar artistin səhhətində ciddi problemlər var, o ağır xəstəlikdən əziyyət çəkir.

Modern.az saytı Yadigar Muradovla əlaqə saxlayıb, amma Əməkdar artist səhhətində ciddi problemlərin olduğunu və bu barədə danışmayacağını deyib.

"Qulp” satirik layihəsinin rəhbəri və aparıcısı, tanınmış telejurnalist Mübariz Əsgərov saytımıza açıqlamasında Aşıq Yediyarla bağlı danışıb.

"Yadigar Muradov bizdə təkcə qonaq deyildi, o, eyni zamanda yaradıcı qrupun üzvü idi”, - M.Əsgərov deyib.
Onun proqramda iştirakı təsadüfi deyil, seçim əsasında olub. Necə ki, Baba Pünhan, Xanım nənə, Şirin Zərdablı, dumbul Bəhram seçilmişdilərsə, Aşıq Yadigar da o sıraya daxil edilmişdi. Biz bu istiqamətdə daim axtarışda olurduq. Onu tapana qədər uzun müddət düşündüm, çünki təkcə saz çalmaq və yaxşı səsi olmaq kifayət etmirdi - həmin adam həm də aktyorluq qabiliyyətinə malik olmalı, istənilən obraza girə bilməli idi. Bütün bu xüsusiyyətləri bir insanda tapmaq isə doğrudan da, çox çətin idi”.

Mübariz Əsgərovun sözlərinə görə, uzun axtarışlardan sonra Yadigar Muradovu tapıb və o da yaradıcı qrupun ən fəal, aparıcı üzvlərindən birinə çevrilib:

"Onun bütün çıxışları istisnasız olaraq yaddaqalan idi. Hər dəfə onunla birlikdə nəsə yeni bir şey yaratmağa çalışırdıq. Hətta mən bir neçə dəfə onun rus dilində də aşıq mahnıları ifa etməsini istədim, çox da uğurlu alındı”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Aşıq Yadigarın hər çıxışı, hər ifası dillər əzbəri olurdu. O sözün əsl mənasında tamaşaçılarına ruh və enerji bəxş edirdi:

"Hər dəfə bir yerə yığışanda, bizim yaradıcı heyətdə tam bir vəhdət, səmimi bir mühit yaranırdı. Təəssüf ki, bugünkü satirik verilişlərdə Aşıq Yadigar kimi bir obraza az rast gəlinir, amma mən belə bir sənətkarın yenidən efirdə olmasını çox istərdim”.

M.Əsgərov "Qulp” telelayihəsini 20 il davam etdirdiyini və nəhayət onu sonlandırdığını bildirib:

"Hiss etdim ki, artıq tamaşaçıların gözü yorulub. Amma buna baxmayaraq, bütün bu illər ərzində Yadigar Muradov bizim ən istəkli və dəyərli sənətkarlarımızdan biri olub. Ona ürəkdən uğurlar və möhkəm can sağlığı arzulayıram”.
шаблоны для dle 11.2

Xəbər lenti
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025