Konkret olaraq, günü bu gün Nizami rayonu ərazisində, Babək prospekti 34 ünvanda qanunsuz tikinti işləri aparılır. Müşahidə olunanlar belə düşünməyə əsas verir ki, bu müstəvidə özbaşınalıqlar məhz rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevin izn-rüsxəti ilə həyata keçirilir. Bunun əksini iddia edənlərə sözügedən rayon ərazisində bir eksperiment aparmağı təklif edirik. Gəlin, orda ilk baxışda ən ucqar, gözdən uzaq görünən bir ünvanda bir daşı digərinin üstünə qoyaq. Görün, RİH-nin emissarları necə başımızın üstünü kəsdirəcəklər! Hətta bir mənzilin içində otaqda arakəsmə belə qoydura bilməzsiniz xəlvət.
Haqqında bəhs etdiyimiz, fotoşəkillərini təqdim etdiyimiz dəmir konstruksiyalı tikili yaşıllıqların arasında “boy verir”. Təqdim olunan fotolarda tikilinin yaxınlığında hava məkanından yüksək gərginlikli elektrik xətlərinin keçdiyi də görünür. Əlbəttə ki, cavabdeh qurumlar sırasında Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin, eləcə də Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin adı öndə gedir. Bu qurumların funksionerlərinin də gözlərindən “quş da səkə bilməz”.
Davam və inkişaf edən xaotik tikinti özbaşınılığına görə məsuliyyətdən yaxa qurtarmaq üçün Xətaii RİH mənsublarının tez-tez istifadə etdikləri bəhanə bu olur ki, çox vaxt tikililərin qonşu rayonların, Xətai və Nərimanov rayonlarının ərazisinə deyirlər. Bunun əksini iddia edənlərə sözügedən rayon ərazisində bir eksperiment aparmağı təklif edirik. Gəlin, “bura Xətaiyə aiddir” deikləri yerin lap qonşuluğunda bir daşı digərinin üstünə qoyaq. Görün, Xətai RİH-nin emissarları necə başımızın üstünü kəsdirəcəklər! Hətta bir mənzilin içində otaqda arakəsmə belə qoydura bilməzsiniz xəlvət.
Cidanı çuvalda gizlətmək olmaz. Bakı ŞİH-nin başçısı Eldar Əzizov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xətaii RİH-nin başçısı Rafiq Quliyevin qanunsuz tikinti coşqusunu cilovlaya bilmirlərsə, onu ölkə başçısına şikayət etsinlər.
Mövzuya qayıdacağıq.
Nisa.Az