Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:28)
Səhiyyə Nazirliyinin xəstəxanası “obnaliçka işi”ndə bəraət aldı



Vergi Xidməti Səhiyyə Nazirliyinə məxsus xəstəxananı “əmtəəsiz əməliyyatlar”, daha konkret desək, “obnaliçka” ittihamı ilə cərimələmişdi.
Musavat.com xəbər verir ki, Ali Məhkəmə bu ittihamların əsassız olduğu qənaətinə gəlib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2025-ci il iyunun 13-də mühüm qərar qəbul edib.
2-1(102)-1590/2025 saylı bu qərar vergi orqanlarının son dövrlər çoxsaylı hüquqi şəxslərə qarşı irəli sürdüyü “əmtəəsiz əməliyyatlar” ittihamlarına münasibətdə hüquqi presedent xarakteri daşıyır.
Məsələ ondan ibarətdir ki, Səhiyyə Nazirliyinə məxsus “Bakı Şəhər Rayonlararası Bölməsi” MMC 2023-2024-cü illər üzrə əlavə ƏDV və mənfəət vergisi hesablanması barədə Dövlət Vergi Xidmətinin qərarlarını məhkəməyə verərək ləğv etdirməyə nail olub. Vergi Xidməti isə bu qərarlarla razılaşmayaraq kassasiya şikayəti versə də, Ali Məhkəmə onların şikayətini təmin etməyib.
Bu haqda sosial şəbəkə hesabında post paylaşan vəkil Pərviz Məmmədov qeyd edib ki, Vergi Xidməti xəstəxananın bəzi tərəf-müqabil şirkətlərlə bağladığı müqavilələrin əmtəə və ya xidmət təqdim olunmadan sadəcə maliyyə vəsaitlərinin rəsmiləşdirilməsi məqsədi daşıdığını iddia edib. Yəni klassik “obnaliçka” sxemindən istifadədən söhbət getdiyi iddia olunub. Lakin məhkəmədə bu əməliyyatların əmtəəsiz olduğuna dair konkret sübut təqdim olunmayıb.
Ali Məhkəmə İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə istinad edərək qərara gəlib ki, belə hallarda sübutetmə yükü vergi orqanının üzərindədir və əgər bu sübutlar yoxdur, cərimə qanunsuz sayılır. Vergi Xidməti öz mövqeyini əsaslandırmaq üçün xəstəxananın əməkdaşlıq etdiyi tərəf-müqabil şirkətlərin sonradan “riskli vergi ödəyiciləri” siyahısına düşməsini də arqument kimi təqdim edib. Lakin Ali Məhkəmə bu yanaşmanı da rədd edib. Bildirilib ki, əməliyyat baş verdiyi zaman həmin şirkətlər riskli siyahıda olmayıbsa, sonradan onların statusunun dəyişməsi əsas sayılmamalıdır.
Məhkəmə həmçinin qeyd edib ki, Vergi Xidməti kameral vergi yoxlaması başa çatdıqdan sonra MMC-yə dəqiqləşdirilmiş bəyannamə təqdim etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 iş günü müddətini verməyib və bu müddət dolmadan qərar çıxarıb. Bu isə Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinin birbaşa pozulması kimi qiymətləndirilib.
Vəkil Pərviz Məmmədov bildirib ki, Ali Məhkəmənin bu qərarı həm dövlət qurumlarının, həm də özəl sektorun vergi orqanlarının əsassız cəza tədbirlərindən hüquqi müdafiəsini gücləndirir. Bu, çox ciddi presedentdir. Söhbət sadəcə bir dövlət qurumunun vergi orqanına qalib gəlməsindən getmir. Qərar göstərir ki, vergi orqanları istənilən halda sübut təqdim etməlidir, şübhə ilə qərar vermək olmaz. Əks halda, belə halların davamı gələcək və bu da həm hüquq sisteminə, həm də vergi inzibatçılığına inamı sarsıda bilər.
Bu qərar gələcəkdə vergi orqanlarının hüquqi şəxslərə qarşı irəli sürdüyü “əmtəəsiz əməliyyat” iddialarının daha ciddi araşdırmalara söykənməsini zəruri edir. Əks halda, həm prosessual, həm maddi hüquq pozuntuları səbəbindən vergi qərarlarının məhkəmələrdə ləğvi qaçılmaz olacaq. Həmçinin qərar göstərdi ki, “riskli vergi ödəyicisi” anlayışına istinad edilərkən əməliyyatın tarixi nəzərə alınmalı, biznes subyektləri keçmiş dövrün reallıqlarına görə qiymətləndirilməlidir.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025