Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Dünən, 15:20)
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ

bitmap-img6


İsmayıllıda maraqlı dələduzluq hadisəsi baş verib. Həmkəndlisinin generalın nömrəsini axtardığını eşidən şəxs bunu fürsət bilib. O, özünü general kimi təqdim edərək həmin şəxsi aldadaraq pulunu ələ keçirib.


Musavat.com xəbər verir ki, 38 yaşlı Vüsal Ələkbərov dələduzluqda təqsirli bilinərək məsuliyyətə cəlb edilib. O, iki nəfərə qarşı dələduzluq etməkdə ittiham edilir.

Vüsalın aldatdığı şəxslərdən biri öz müəllimi olub. İstintaqla müəyyən edilib ki, Vüsal ona dərs demiş Dilşad adlı rus dili müəllimini aldadıb.

Belə ki, Dilşad müəlim qohmu İlqar adlı şəxsi Hərbi Hava Qüvvələrində işə dülzətmək istəyib. Buna görə də Silahlı Qüvvələrinin general mayoru Zaur Rüstəmovun nömrəsini axtarıb. Məqdəsi Zaur Rüstəmovdan bu işdə ona kömək etməsini xahiş etmək olub.

“Zaur da mənim şagirdim olub. Onun nömrəsini axtarırdım. Qohumum İlqarın Hərbi Dəniz Qüvvələrində işə düzəlməsini xahiş edəcəkdim. Mən kənddə tək yaşayıram. İlqar həmişə mənə kömək edirdi. Onun işsiz olduğunu bildiyim üçün kömək etmək istədim. Buna görə də Zaur Rüstəmovun nömrəsini axtarırdım. Bir gün mənə “vatsap”dan mesaj gəldi. Yazan adam dedi ki, Zaur Rüstəmovdur. Dedi ki, müəllim, məni axtarırmışsan. Mən də onu axtardığımı təsdiqlədim. Onunla ancaq mesajlaşırdıq. Bir neçə dəfə onunla ya səsli, ya da görüntülü danışmaq istədim. Müxtəlif bəhanələrlə mümkün olmadığını dedi. Sonra ona inanıb iş barəsində danışdıq. Dedi ki, müəllimi kimi mənim xətrimi çox istəyir. Nə lazım olsa kömək edəcəyini söylədi. Dedi ki, bu iş üçün kimlərəsə şirinlik vermək lazımdır. Mən də razılaşdım. Əvvəlcə 2500 manat lazım olduğunu dedi, mənə kartını göndərdi. İşin bir neçə aya həll olacağını dedi. Lazım olan sənədləri də göndərdim. Bir müddət sonra 3 min manat da istədi. Onda düşündüm ki, bu, Zaur deyil. Nömrəsindən maraqlananda Vüsal olduğunu bildim. Anasına məlumat verəndə oğlunun əməlindən xəbəri olmadığını dedi. Zərəri ödəyəcəklərini bildirdi”, deyə- zərərçəkmiş Dilşad müəllim dindirilən zaman bildirib.

Vüsal ifadəsində zərərçəkmişin dediklərini təsdiqləyib. Bildirib ki, pulu aldıqdan sonra şəxsi ehtiyaclarına xərcləyib.

Cinayət işi üzrə digər zərərçəkmiş şəxsi isə Vüsala 1500 manat verib. Belə ki, Vüsal İsmayıllıya gedən zaman taksidə Novruz adlı şəxslə tanış olub. Söhbət zamanı Novruz qızının xəstə olduğunu, boşandığını, himayəsində uşaqlarının olmasından danışıb. Bunu fürsət bilən Vüsal deyib ki, qızına sosial yardım düzəldə bilər. Buna görə ondan 1500 manat alaraq aldadıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Vüsal daha əvvəl də dələduzluq əməllərinə görə məsuliyyətə cəlb edilibmiş.

Vüsal Ələkbərov məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edlib.
шаблоны для dle 11.2

Xəbər lenti
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025