Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 13:44)
Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

 


Bakı şəhərinin mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb.  İlginc məqam budur ki, ən ucqar ərazilərdə – yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər.  Məlumat üçün bildirək ki, Nəsimi icra başçıs Asif Əsgərov Milli Məclisin deputatı seçildiyi üçün vəzifədən azad olunub və səlahiyyətlərin müavinlər icra edir. Rayon ərazisindəki qanunsuz tikintilərin isə icra hakimiyyətinin səlahiyyətli şəxslərinin xeyir- duası ilə həyata keçirildiyi iddia olunur. Heç bir rəsmi icazə sənəd olmadan müxtəlif  obyektlər  inşa edilir. Son bir ay ərzində Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinin bir neçəsini cumhuriyyet.az olaraq  diqqətinizə çatdırırıq:

Nəsimi rayonu Alı Müstafayev 14 ünvanında binasının zirzəmisi   qazılaraq tikitni işləri aparılır. Normativ tikinti qaydalarına zidd olaraq binanın zirzəmisi qazılaraq  həmin yerdə qanunsuz tikinti işləri aparılmasına kim icazə verib? Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən münasibət  bildirmədi.

Nəsimi rayonu Cavadxan 17 ünvanında aparılan “gecəqondu” tikinti işi də hansısa yüksək vəzifəli məmurun himayə etdiyi tikintilərdən biridir.  Çünki bu ərazidə aparılan tikinti işi normativlərə uyğun deyil.  Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, lakin heç bir qurum ciddi reaksiya verməyib. Yaşayış binalarının arasında olan kiçik həyət sonradan sahibkar tərəfindən zəbt edilib: “Dəfərlərlə dövlət orqanlarına yazmışıq. Məktublarımıza cavab verilmir. Bir ay əvvəl Ekologiya nazirliyindən əraziyə gəlib baxış keçirib getdilər. Bu obyektin yeri əvvəllər kiçik məhlə parkı idi. Yaşlılarımız burada hava alır, söhbətləşir, uşaqlarımız oynayırdılar. Ancaq qəfildən bu tanımadığımız sahibkar ərazini zəbt etdi. Yaşıl ağacları doğrayıb burada əndrabadi bir obyekt tikdi. Nə şikayətimizə baxan var, nə də sözümüzü dinləyən”.
Nəsimi rayon Hüseynbala Əliyev küçəsi 80 ünvanında “Əcəmi Mall” da qanunsuz artırma işləri ilə bağlı fakt aşkarlayıb. Qeyd edək ki, hələ 2024-cü ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfində bu qanunsuz tikinti dayandırılmışdı. İddiaya görə bir müddət ötəndən sonra rayon icra hakimiyyəti memarlıq şöbəsi müdirindən və müavindən “hə” alan “işbaz” yenidən qanunsuz tikintiyə başlayıb.

Digər bir fakt isə Nəsimi rayonunda Feyzulla Qasımzadə küçəsində, Nəsimi bazarının yanında qeydə alınıb.

Bəs buqədər qanunsuz tikintini himayə edən kimdir? Yuxarıda qeyd etdiyimiz kimi 2024-cü ilin sentyabr ayında keçirilən deputat seçkilərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifə artıq boşdur.  Nəsimi rayon icra Hakimiyyətində hazırda başçının 1-ci müavini vəzifəsində Gülarə Verdiyeva çalışır. G.Verdiyeva 2013-cü ilin noyabr ayından Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışır.  Nəsimi rayon İcra Hakimiyyətinin başçısının digər iki müavini isə Zahid Xəlilov və Ramiz Quliyevdir. İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən biri isə rayon təsərrüfatı şöbəsinin müdiri Asim Rzayevdir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025