Karusel (Dünən, 10:28)
Nəsimi rayonunda birinci mərtəbə necə OBYEKTƏ çevrildi?-FOTOLAR
Son zamanlar şəhərin müxtəlif ərazilərində, xüsusən də köhnə binalarda zirzəmilərin, birinci mərtəbə mənzillərin obyektə çevrilməsi halları baş alıb gedir. Baxırsan ki, illərlə mənzil olan bir yerin içində nəsə iş görürlər. Sabah qarşınızda böyük bir obyekt var. Bu proseslər zamanı yaradılan səs-küy, texnikanın fəaliyyəti bir kənara, həm də binaların dayanıqlılığı zəiflədilir. Axı bu binalar tikiləndə, onların layihəsi veriləndə kim düşünə bilərdi ki, 70 il sonra sütunları sökülüb obyektə çevriləcək? Həm də üzərində 5 və daha çox mərtəbəni saxlayan birinci mərtəbə …
Görünən odur ki, Bakıda məmurların gözü ciblərindən başqa yeri görmür. Belə bir hadisə bir neçə gün əvvəl Bakının bu məsələlərlə bağlı daim qalmaqallı olan Nəsimi rayonunda baş verib.Nəsimi rayon Kazımovski küçəsində yerləşən binanın birinci mərtəbsi aidiyyatı qurumların icazəverici sənədləri olmadan obyektə çevrilib.Bu çox ciddi məsələdir.Mənzili obyekt etməklə, pəncərəni qapı etməklə, ümumi istifadədə olan bir ərazi zəbt edilir. Orada “çörək qazanmaq” istəyi nəticə etibarı ilə digər sakinlərin də narahatlığı hesabına olur.Etibarlı mənbənin Mediatv.az-a verdiyi məlumata görə belə qanunsuz işləri görməyə müəyyən maraqlar daxilində "qeyri-rəsmi icazəni" rayona müəqqəti rəhbərlik edən Zahid Xəlilov və rayonun baş memarı Ələsgər Rüstəmov verib.Bəs gərəsən nəzarətedici qurumların - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Bakı Şəhər İcra Hakimiyyətlərin Nəsimi rayonundakı bu qanunsuzluqlardan xəbəri varmı?Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən icra hakimiyyəti, rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.Xatırladaq ki,belə qanunsuz əməllərinə görə Qax Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Musa Şəkiliyev bir müddət əvvəl həbs edildi.
Qarşı tərəfin cavab cavab haqqını tanıyırıq.
Mövzuya qayıldacağıq.



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025