Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (23-11-2016, 13:49)
Nazirlik bu işçisini araşdırsa yaxşıdır... - İTTİHAM VAR

Nazirlik bu işçisini araşdırsa yaxşıdır...
Mediatv.az:  Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bəzi Maliyyə idarələrinin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, törədilən müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallarla bağlı mövzular mətbuat səhifələrində bu gün də öz aktuallığını saxlayır. Səbəb isə budur ki, yuxarı instansiya tərəfindən bu nöqsanlara yol verən məmurların cəzalandırılması istiqamətində müvafiq addımlar atılmadıqca, həmin halların aradan qaldırılması da baş vermir. Qəzetimizin ötən saylarında biz də dəfələrlə bu mövzuya müraciət etmişik. Redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış materiallarda bir neçə maliyyə idarəsinin fəaliyyətindəki cddi nöqsanlar öz əksini tapmışdı. Həmçinin fəaliyyətinə dair çoxsaylı şikayət ərizələri aldığımız maliyyə qurumlarından biri də İmişli rayon Maliyyə İdarəsidir. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, İmişli rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. İmişli rayon Maliyyə Şöbəsinə rəhbərlik edən Rəhim Rəhimov isə, özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hiss edir. Qeyd etmək lazımdır ki, bir müddət əvvəl daxil olan məlumatlarda R.Rəhimovun rayonun dövlət idarələrində rəhbər vəzifələrdə çalışan bəzi qohumları ilə əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair də ilginc açıqlamalar təqdim edilmişdi. Maraqlıdır ki, həmin məlumatlarda bəhs edilən nöqsanlardan bir çoxu müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı aşkar olunmuşdur. Lakin nədənsə təqsirkarların cəzalandırılması istiqamətində bu günədək yenə də konkret addımlar atılmayıb. Məlumatlarda həmçinin vurğulanırdı ki, Rəhim Rəhimov rayonda fəaliyyət göstərən əksər idarə, müəssisə, habelə büdcə təşkilatları rəhbərlərinə qəti tapşırıq verib ki, onun icazəsi olmadan işə bircə adam belə qəbul edilməməlidir. Eyni zamanda da hamıya xəbərdarlıq edilib ki, bu qadağanı pozan məmurun rəhbərlik etdiyi qurum maliyyə idarəsi tərəfindən ciddi və obyektiv yoxlamaya məruz qoyulacaq. Başqa sözlə desək, Rəhim Rəhimov faktiki olaraq rayonda işədüzəltmə xidmətlərində əsil monopoliya əldə edib. Bunun isə, birbaşa maliyyə məsələlərinə aid olan bir səbəbi var. Məlumdur ki, rayonlarda bir çox büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını “ölü canlar” qismində işə yazdırıb, sonra da onların əmək haqqlarını mənimsəyirlər. O cümlədən İmişli rayonunun müəssisə və qurumları da belə maxinasiyalardan xali deyillər. Maliyyə idarəsinin müdiri isə, bundan xəbər tutduqdan sonra həmin işə götürənlərə şərik olmaq qərarına gəlib. Belə ki, açıqlamalara görə İmişlinin maliyyə şefi müəssisə rəhbərlərinin bu yolla mənimsədikləri əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə, Rəhim Rəhimov yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir.

Digər tərəfdən isə, Rəhim Rəhimov öz işində yol verdiyi qanun pozuntularına görə deyil, lakin rayonda yol verdiyi xuliqanlıq əməlinə görə, bu yaxınlarda tutduğu vəzifədən kənarlaşdırlmışdı. Hətta, keçmiş idarə müdirinin məsuliyyətə cəlb olunacağı da gözlənilirdi. Amma təxminən bir ay bundan əvvəl Rəhim Rəhimov gözlənilmədən yenidən öz vəzifəsinə bərpa olundu. Belə məlum olur ki, Rəhim Rəhimovun maliyyə maxinasiyalarına hələ də “ehtiyacı” olan qüvvələr mövcuddur...

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024