Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (11-11-2016, 12:44)
Vidadi İsayevin başı dərddə - Elmar Vəliyevin qohumu icra başçısını saymır

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rayonda daha bir məmurla hazırda qarşıdurma vəziyyətindədir. 
Bununla bağlı Azfakt.com-a daxil olan məlumatlarda bildirilir ki, yenicə vəzifəyə təyin olunmuş Bərdə rayon Maliyyə İdarəsinin rəhbəri  Mehman Allahverdiyev Vidadi İsayevlə heç bir məsələdə hesablaşmır və icra başçısına saymamazlıq edir.
Qeyd edək ki, Mehman Allahverdiyev bu vəzifəyə qədər Yevlaxın maliyyə idarəsinə rəhbərlik edib və Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovla quda olublar. Həmçinin Mehman Allahverdiyevin Gəncə şəhər İcra Hakimiyyəti başçısı  Elmar Vəliyevlə da qohum olduğu bildirilir. Gəncə başda olmaqla Bərdə, Tərtər, Yevlax  və başqa bir -neçə rayona faktiki şəkildə qubernatorluq edən Elmar Vəliyevə güvənən Mühman Allahverdiyev Bərdədə istədiklərini edə  bilir. Vidadi İsayevin ona "dur" deməyə cəsarəti çatmadığı bildirilir.
Şikayətlərdə bildirilir “üç tərəfli” himayəyə malik olan bir məmurun Bərdənin maliyyə idarəsinə rəis təyin olunmasında ən “ziyanlı” çıxan bu rayonun büdcə təşkilatları olublar. Daxil olan məlumatlara görə, icra başçıları ilə yaxın qohumluq əlaqələri maliyyə rəisinin əl-qolunu elə açıb ki, Mehman Allahverdiyev istədiyi maxinasiyanı arxayın şəkildə tam aşkar formada həyata keçirə bilir. Belə məlumatlardan birində isə deyilir: “Hazırda maliyyə rəisi büdcə təşkilatlarına və xüsusən də uşaq bağçalarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata əməl etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacaq. Odur ki hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar. Mehman Allahverdiyev idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir. Bəyan edir ki, o, üç icra başçısı tərəfindən mühafizə olunur və hətta Maliyyə nazirinin də ona gücü çatmır...”
Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, Mehman Allahverdiyevin öz işində yol verdiyi bir çox ciddi nöqsanlar, hələ onun Yevlaxda işlədiyi vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub. Lakin məlum səbəblərdən həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Təbii ki, əlaqədar instansiyaların problemlərə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının daha da artmasına səbəb olur. Rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə idarələrinin bir çoxu isə, müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər. Aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev də bu cəhətdən kifayət qədər etibarlı şəkildə “sığortalanmış” məmurlardandır.
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024