Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (29-04-2014, 16:57)
Rektorun mənimsədiyi yarım milyon

 

Hesablama Palatasının Dövlət Aqrar Universitetində apardığı yoxlamalarda müxtəlif şəxslərin adına yazılan 230 "ölü”ştat əməkhaqqı maxinasiyası nəticəsində mənimsənilən 270 min manat vəsait təhsil ocağının rəhbəri İbrahim Cəfərovu çətin vəziyyətə salıb.
Daxil olan məlumatda göstərilir ki, həyata keçirilən maxinasiya birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verib. Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda (Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər, Meyvə tərəvəz və suptropik bitki genefondunun yaradılması becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərinii öyrənən sahəvi-elmi tədqiqat, Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə labaratoriyaları) təcrübə aparam işçilərin sayı azı 5 dəfə artırılıb və həmin "ölü can”ların adına əmək haqqı yazılaraq götürülüb.
Bundan başqa Universitetin 4 labaratoriyasında 70 -dən çox şəxsin adı iş cədvəlində yazılsada əmək haqqılar rektor İbrahim Cəfərova çatdırıldığı bildirilir. Məlumatlı mənbə bildirir ki, 230 "ölü can” ştatının maaşlarından mənimsənilən vəsait əslində 270 min yox, 500 min manatadan çoxdur. Ancaq rektor İbrahim Cəfərov mənimsənilən vəsaitin bir hissəsinin azaldılmasına "nail” olub.
Bildirir ki, Universitet rəhbərliyi adı çəkilən tədqiaqat mərkəzlərinin və labaratoriyaların adına yazılan müxtəlif növ dərman pereparatlarının, avadanlıqların həmçinin görülən tədqiqatlarda yanacağın istifadə olunmasını sənədləşdirərək il boyu külli miqdarda vəsiat mənimsəyiblər.
Xatırladaq ki, PİA.AZ Azərbaycan Dövlət Aqrar Universitetində baş verən maliyyə maxinasiyaları ilə bağlı daha əvvəllərdə oxucularına məlumat vermişdi.
Qeyd edək ki, Aqrar Universitin rəhbəri İbrahim Cəfərovun rektor təyin ediləndən sonra əldə etdiyi vəsaitlər hesabına yaratdığı biznesa strukturu və obyektləri ilə bağlı redaksiyamıza göndərilən informasiyanı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024