Sosial (27-02-2014, 21:25)
Hesablama Palatası “Azərsu”da külli-miqdarda yeyinti faktları aşkarlayıb – TƏFƏRRÜAT
Hesablama Palatası “Azərsu” ASC -də ciddi maliyyə yeyintiləri aşkarlayıb.
Mediatv.az-a Gunxeber.com-dan daxil olan məlumata görə, Hesablama Palatası “Azərsu” ASC-nin dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşundən 2012-2013-cü illərdə tikintisi başa çatan İmişli, Biləsuvar, Sabirabad, Yardımlı, Şamaxı, Xaçmaz, Qusar, Naftalan və Saatlı rayonlarında həyata keçirdiyi su və kanalzasiya lahiyyələrinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı apardığı audit yoxlamalarında ciddi nöqsanlar, maliyyə yeyintisi üzə çıxarıb.
Bu barədə məlumat verən mənbəninin iddiasına əsasən mənimsəmə halları “Azərsu” ASC-nin kordinasiyasında çalışan T.T.Ş İnşaat MMC və “Azərsutəchizat” şirkətləridir.
Qeyd olunur ki, İmişli, Biləsuvar Qusar, Xızı, Xaçmaz, Saatlı və başqa rayonlarda həyata keçirilən su və kanalzasiya lahiyələrini məhz T.T.Ş İnşaat və “Azərsutəchizar” həyata keçirib. Həmin lahiyələrin toplam büdcə vəsaiti isə 250 milyon manata yaxın olub.
Bildirilir ki, adını çəkdiyimiz hər iki şirkət “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynova yaxınlığı ilə seçilir. T.T.Ş İnşaat şirkəti Qormaz Hüseynovun ən yaxın adamı olan Xəyal Aslanzadəyə, (şirkətin təsisçisinin isə Qormaz Hüseynovun ailə üzvlərindən biri olduğu bildirilir), “Azərsutikinti” isə birbaşa “Azərsu” ASC-nin qurumudur.
Qeyd edək ki, redaksiyamıza “Azərsu” ASC-nin idarələrində baş verən maliyyə maxinasiyaları və bu qurumlarda ASC rəhbəri Qorxmaz Hüseynovun əldə etdiyi milyonlarla bağlı ilginc məlumatlar daxil olub. Həmin informasiyaları araşdırdıqdan sonra oxucularımza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.