Sosial / Karusel / Slayd (5-05-2016, 12:17)
Binəqədidə davamlı məmur özbaşınalıqları
20.04.2016-cı il tarixində dərc olunmuş "Binəqədidə yaşıl soyqırım” sərlövhəli yazıda, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində ağacların, o cümlədən meyvə ağaclarının kütləvi qırılması halından bəhs olunmuşdu. Bu barədə məlumat verən qəsəbə sakinləri bildirmişdilər ki, yaşıllıqlar Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərovun birbaşa göstərişilə qırılıblar. Açıqlamada vurğulanırdı ki, Azadlıq küçəsi, 7 ünvanında yeni inşa olunan binanın ərazisində xeyli şam ağacı qırılıb. Ağaclar gecə vaxtı, saat təxminən 2-3 radələrində, həm də polis əməkdaşlarının müşahidəsi altında kəsilib. Maraqlı burasıdır ki, əraziyə Binəqədi Rayon İcra Hakimiyyətinin işçiləri keşik çəkirlər. Bundan başqa məlumatlarda qeyd olunmuşdu ki, ətraf ərazidə sakinlərə məxsus bir neçə qaraj və digər obyektlər də sökülüb. Təəssüflər olsun ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin səlahiyyətliləri bu halı indiyədək araşdırmayıblar.
Həmçinin dərc etdiyimiz yazıda biz göstərmişdik ki, ümumiyyətlə Xaləddin İsgəndərovun adı son vaxtlar ölkənin bu və ya digər mətbu orqanının səhifələrində tez-tez hallandırlır. Həm də bu xatırlatmalar, çox zaman müxtəlif neqativ hallarla, Binəqədi rayonu ərazisində baş verən məmur özbaşınalıqları və digər qanun pozuntuları ilə əlaqəli olur. Məlumdur ki, bu gün Binəqədi rayonu istər əhalisinin üzləşməli olduğu müxtəlif məişət problemlərinin çoxluğu, istər küçə və yolların bərbad vəziyyəti, istərsə də qanunsuz fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin bolluğu və ən başlıcası, müxtəlif fərdi tikintilər zamanı əhalidən tələb olunan rüşvətin yüksək məbləğilə şəhərin digər rayonları arasında xüsusilə seçilir. Eyni zamanda da Rayon ərazisində olan torpaq sahələrinin qeyri-qanuni satışı, yeni tikintilər üçün qanunsuz sərəncamların verilməsi və digər bu kimi əməllər bir tərəfdən vətəndaşların hüquqlarını pozur, digər tərəfdən isə müxtəlif infrastruktur müəssisələrin normal fəaliyyətini əngəlləyir. Və əlbəttə ki, Xaləddin İsgəndərovun fəaliyyətində diqqəti cəlb edən əsas cəhətlərdən biri də, bu rayonda fəaliyyət göstərən sahibkarlara qarşı hər zaman nümayiş etdirdiyi xüsusi amansızlıq olub. Bu xüsusda daxil olan məlumatlardan birində deyilir: "Xaləddin İsgəndərov və onun komandası tərəfindən Binəqədi rayonu sanki özəlləşdirilərək, əsil kommersiya obyektinə çevrilib. Əvvəllər vergi sistemində çalışdığı üçün icra başçısı rayonda özünəməxsus "vergi şəbəkəsi” formalaşdırmaqla istər dövlət müəssisələrində, istərsə də özəl sektorda şəxsi qanunlarını tətbiq etməyi bacarmışdır. Rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün büdcədən külli miqdarda vəsaitlərin ayrılmasına baxmayaraq, mütəmüdi olaraq görülən kosmetik xarakterli işlər yerli sahibkarlardan, idarə və müəssisələrdən qanunsuz olaraq toplanmış vəsaitlər hesabına aparılır. Buna görə də, rayon ərazisində fəaliyyət göstərən sahibkarların vəziyyəti dözülməz həddə çatmışdır...”
Mövzuya dair ötən yazılarımızda da biz hər dəfə qeyd etmişik ki, bu gün respublikamızın bütün regionlarında, xüsusən də paytaxt Bakımızda aparılan yenidənqurma və abadlıq işlərinin miqyası və dinamikası hər kəsi heyrətləndirməkdədir. Şəhərin demək olar ki, bütün rayonlarında, həmçinin ətraf qəsəbə və kəndlərdə intensiv surətdə həyata keçirilən əsaslı bərpa-təmir işləri, küçə və yolların abadlaşdırılması paytaxt sakinlərinin sosial durumunun yüksəlməsinə, məişət problemlərinin həllinə güclü təkan verir. Bununla belə etiraf etmək lazımdır ki, hələ də bu proseslərdən kənarda qalmağa üstünlük verən, dövlət tərəfindən ona verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə yararlanan yüksək vəzifəli məmurlara kifayət qədər tez-tez rast gəlmək olur. Bu deyilənlərin bariz təsdiqini isə, məhz Bakının Binəqədi rayonunda baş verənləri müşahidə etməklə də görmək mümkündür.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024