Sosial (Dünən, 04:22)
Dövlət Xidmətinin rəisi olan xanım kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ildə Səbinə Xalid qızı Hacıyeva Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.Oxu24.com xəbər verir ki, Hacıyeva Səbinə Xalid qızı 1971-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Mühəndis İnşaat institutunu "memar" ixtisası üzrə bitirib.
1994–2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Landşaft Memarlığı" kafedrasında müəllim, 2000–2015-ci illərdə "Abidələrin bərpası və mühafizəsi" laboratoriyasında müdir, hazırda isə "Memarlıq konstruksiyaları və abidələrin bərpası" kafedrasının müdiri işləyir.
1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib.
2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur. 1 aprel 2016-ci il tarixində BMA-ın Azərbaycan Akademik Mərkəzinin ilk iclasında Bakı Akademik Mərkəzinin elmi katibi seçilib. 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
























