Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-01-2026, 23:06)
Yasamalda “ekoloji terror” törədən şirkət görün kimin imiş – “Avant Group” MTK ilə bağlı yeni detallar üzə çıxdı

 Xəbər verildiyi kimi, Yasamal rayonu, Şərifzadə küçəsində “Avant Group” MTK tərəfindən aparılan tikinti işləri zamanı bir sərv ağacının kəsildiyi müəyyən edilib və faktla bağlı akt tərtib olunub. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi məqsədilə hazırlanır.

Mediatv.az  32gun.az-a  istinadən Yasamalda “yaşıl terror”la gündəmə gələn şirkətlə bağlı bəzi məlumatlar əldə edib. Məlumata görə, “Avant Group” MTK-nın qanuni təmsilçisi və direktoru Cəmşid İbrahimov Əhməd oğludur. Şirkətin nizamnamə kapitalı 1 000 100 manat təşkil edir. Cəmşid İbrahimov ötən ilin may ayında bu vəzifədə Kamran Kazımlı Rizvan oğlunu əvəz edib. O, buna qədər şirkətin daxili audit xidmətində çalışıb, həmçinin “Quba Palace Hotel”in İdarə Heyətinin üzvü olub.

Araşdırmalar zamanı məlum olub ki, şirkət indiyədək 4 dəfə ad dəyişib. Belə ki, qurum 2012-ci il mayın 7-də “PANORAMA CO” MMC adı ilə yaradılıb. Daha sonra 2020-ci il iyulun 21-də “GÜVƏN” Mənzil-Tikinti Kooperativi, həmin ilin dekabrın 11-də isə “İNTERNATİONAL DEVELOPMENT GROUP” Mənzil-Tikinti Kooperativi adını alıb. Nəhayət, 2021-ci il oktyabrın 21-də adını dəyişərək indiki “AVANT GROUP” Mənzil-Tikinti Kooperativi kimi fəaliyyət göstərməyə başlayıb.

Qeyd edək ki, “Avant Group” 2012-ci ildə təsis edilib və Direktorlar Şurasının sədri Əli Hüseynovdur. Şirkətin adı hazırda Yasamaldakı ağac kəsintisi qalmaqalı fonunda ictimai müzakirələrin mərkəzindədir.

Müəllif Ayaz





шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026