Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 12:52)
Rövşən Rüstəmov üçün YOL XƏRİTƏSİ - BUNLARI ETMƏZSƏ...

 
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti son 5-10 ildə maliyyə vəziyyətinə görə çətinlik çəkir,gəliri və xərcləri arasındakı fərq bu qrumun hələ ki, rentabelli göstəricilərdən uzaq olduğunu təsdiqləyir.İqtisadçıların fikirləri,o cümlədən statistik məlumatlardakı göstəricilər,həmçinin mətbuatın qeydləri göstərir ki,QSC-nin xərcləri ilbəil artır bunun qarşısını vaxtaşırı qrumda aparılan ixtisarlarla da kompensasiya etmək mümkün deyil.
Faktinfo.az xəbər verir ki,zamanla Azərbaycan Dəmir Yolları QSC-nin iqtisadi vəziyyətinə mənfi təsir göstərən amillərdən biri vaqon çatışmazlığı idi.Taxıl,qida və digər məhsulların daşınması üçün Rusiya və Gürcüstandan vaqonlar icarəyə götürülürdü. Bir gün, yəni 24 saat istifadə olunub-olunmamasından aslı olmayaraq hər vaqona görə“ADY”QSC tərəfindən 41-50 manat aralığında vəsait ödənilirdi.Bu minvalla hər ay QSC 300-500 min manat arasında icarəyə götürülən vaqonlara görə digər olkələrə vəsait ödəməli olurdu.Halbuki,həmin vəsaitə hər ay iki, bəlkə də üç-dörd təzə vaqon almaq mümkün idi. Azərbaycan Dəmir Yolları QSC 7-8 il bundan qabaq3100 vaqon almaqla ehtiyac duyulan bu problemin 90 faizini həll etmiş oldu.Bu isə o demək idi ki,artıq “ADY”QSC mənfəətini heç bir kənar ölkə ilə bölüşmək fikirində deyil,lazım gələrsə bu vaqonlar gəlir əldə etmək məqsədi ilə digər respublikalara icarəyə verilə də bilər.
Faktinfo.az-ın məlumatına görə,illərdən bəri həllini gözləyən digər qətiyyət tələb edən önəmli məsələdə laqeyidlik hələ də qalmaqdadır.Bu isə “ADY”QSC-nin maliyyə intensivliyinin yüksək olmasına mənfi təsir göstərir.Belə ki, “ADY”QSC-yə aid vaqonların günlərlə,hətta həftələrlə yüklü vəziyyətdə bəzi şirkətlərdə dayanması QSC-nin rentabelliyini aşağı salır ki, digər sahibkarlar günlərlə vaqon gözləməli olurlar. Yaranmış vəziyyət QSC üçün vəsait itkisi deməkdir. Yəni burada vaqon məhsuldarlığı itkisi yaranır.
Maliyyə məhsuldarlığının qalxması,dövriyyənin intensivliyinin yüksək olması üçün QSC daha kəskin mövqe nümayiş etdirə bilər.Eləcə də 24 saat ərzində boşaldılmayan məhsullara görə,yüksək məbləğin müəyyənləşdirilməsi sahibkarları,fiziki və hüquqi şəxsləri malın maya dəyəri baha başa gəlməməsi səbəbindən vaqonları vaxtında boşaltmağa vadar edər.Belə görünür,QSC rəhbərliyi bu vacib əmsallara diqqət yetirməlidir.
Faktinfo.az onu da bildirir ki, Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini işlədiyi illərdə əmək məhsuldarlığının aşağı düşməməsi,vaqon məhsuldarlığı itkisi yaranmaması səbəbilə hər gün sellektor iclasına şəxsən özü rəhbərlik edib,bu həssas məsələni keçmis SSRİ məkanında nəzarətdə saxlayıb.шаблоны для dle 11.2

Xəbər lenti
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026