Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (Dünən, 11:21)
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:…mədəniyyətimiz adına sadəcə biabırçılıqıdır!

 

Mədəniyyət naziri kimləri qəbul etməlidir, fermerləri, yoxsa mədəniyyət sahəsinə bağlı olanları?

Redaksiyamıza Kəlbəcər rayon Mollabayramlı kəndindən məcburi köçkün olan, hazırda Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış Orucov Səttar Rizvan oğlunun Mədəniyyət naziri cənab Adil Kərimliyə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri tərəfindən qarşılaşdığı haqsızlıqlardan və qanunsuz olaraq vəzifəsindən kənarlaşdırılmasından bəhs edir. Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı adları hallanan tərəfləri də, dinləmək istədik. Yazıda adı hallanan Orxan İbrahimov bizimlə telefon danışığında Orucov Səttar Rizvan oğlunun məktəbin direktoru yox, direktor vəzifəsi həvalə edilən şəxs olduğunu və bu vəzifədən də qanunauyğun olaraq kənarlaşdırıldığını bildirdi... 

Aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarlarla müraciəti dərc edirik:  

Qeyd edim ki, 2007-2010 -cu illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 2010-2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasının bakalavr, 2014-2016-cı illər də isə eyniadlı müəssisənin magistr pilləsini bitirmişəm. 2018-ci ildə imtahan vasitəsilə Mingəçevir şəhər Ü. Hacıbəyli adına 1 saylı onbirillik Musiqi məktəbində pedoqoji fəaliyyətə başlamışam.

Heç bir təmənna güdmədən, əqidəli şəkildə YAP sıralarına qoşulan, Azərbaycan mədəniyyətinə xidmət etməyi qarşısına məqsəd qoyan, tam ali təhsilli kadr kimi 02.06.2024-cü il tarixdə DİM və Mədəniyyət Nazirliyinin birgə həyata keçirdiyi imtahanda uğurlu nəticə əldə etmişəm. Daha sonra nazirin müşaviri hörmətli Cəsarət Valehovun da üzvü olduğu komissiya heyətindən “həvalə” müsahibəsindən müsbət rəy alıb, müvafiq Əmrə əsasən Mingəçevir şəhər Şəhid F. Qasımov adına Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini icra etməyə başlamışam. Bir ilə yaxın fəaliyyətimə baxmayaraq 29.09.2025 -ci il tarixdə mənə Regional İdarənin  sektor müdirləri vəzifəsini müddətli müqavilə ilə idarə edən Orxan İbrahimov və Zəfər Hacıyev tərəfindən telefon zəngi edilərək heç bir əsas olmadan, anidən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə  nazirlikdən “hər bir müəssisənin yalnız  öz daxilində fəaliyyət göstərən kadrların vəzifəni müvəqqəti icra edə bilməsi” ilə bağlı  özlərinin kəşf etdiyi, qondarma “Təlimat” gəldiyini, “müqavilə müddətimin Nazirlik tərəfindən uzadılmadığı” kimi əyani sübutu olmayan, heç bir reallığı özündə əks etdirməyən fikirlər səsləndirildi. Həmin gün saat 15:00-da növbədənkənar təşkil edilmiş Pedoqoji Şura iclasında tam ali təhsilli olmağıma baxmayaraq Qanunvericiliyin tələblərinə zidd şəkildə məni kənarlaşdırıb, son ana qədər gizli saxladıqları kadr-2021-ci ildə maliyyə pozuntusuna və ciddi nöqsanlarına görə “direktor müavini” vəzifəsindən  uzaqlaşdırılmış, orta ixtisas təhsilli Əhmədova Aynur Qiyas qızını   təyin etmişdilər. Halbuki Regionda fəaliyyət göstərən 15  uşaq incəsənət və musiqi məktəblərinin ən az 8-ində orta ixtisaslı və ərazi baxımından digər məktəblərin müəllimləri həvalə olaraq rəhbərlik edir. Nazirliyin adından istifadə edərək səsləndirdikləri rəsmi sübutu olmayan, dırnaqarası “Təlimat” yəqin ki, yalnız mənə aid imiş!!!

29 günün tamamında Əhmədova Aynur vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyi üçün könüllü ərizəsiylə kənarlaşdırılmış və 1 aya yaxın məktəb sektor müdirlərinin “Kadr tapılmır” iddialarıyla rəhbərsiz fəaliyyət göstərmişdir. Pedoqoji heyətin əmək haqlarının zamanında ala bilməməsi çoxsaylı şikayətlərə səbəb olmuşdur!

Nəhayət, 2023 -cü ildə Pedoqoji Şura qarşısında vəzifə öhdəliklərini düzgün icra etmədiyinə və təhsil yetməzliyinə görə uzaqlaşdırılmış Salamova Esmira Akif qızını yenidən müəyyən maraqlara söykənərək Şəhid F. Qasımov adına Uşaq İncəsənət Məktəbinə həvalə olaraq “direktor” təyin etmişdirlər. Bununla da 2021-ci ildən ən çox rəhbər dəyişkənliyinə məruz qalmış, Şəhid adını daşıyan məktəbi öz maraqları üçün oyun alətinə çevirmişlər. Atılan qeyri-qanuni, operativlikdən kənar addımlarla Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi kollektivin gözündə olan nüfuzunu da yerlə bir etmişdir.

Mədəniyyət Nazirliyinə çoxsaylı zənglərim və müraciətlərim təəssüf ki, nədənsə qarşılıqsız qalmış, ümumi şöbədə zənglərə cavab verən və qəbul məsələlərinə cavabdeh şəxs Aysel adlı xanım tərəfindən  “tabe müəssisənin əməkdaşı olduğunuz üçün cənab nazirin qəbulunda olmanız mümkün deyil” kimi gülməli, absurd  ifadələrlə cavablandırılmışdır. Birbaşa cənab Adil Kərimliyə qəbul üçün ünvanladığım təcili “Teleqram”a da yenə eyniadlı xanım “012-493-43-98” nömrəli, nazirliyə məxsus telefonla zəng edərək, həmin ifadələrlə qəbulun mümkünsüzlüyünü, məni müavinlərin qəbuluna yaza biləcəyini bildirmişdir. Səadət Yusifovanın qəbulu üçün qeydlər götürülsə də, 2 aydır hələ də heç bir reaksiya yoxdur. Nazirliyin rəsmi elektron ünvanına 1 aya yaxındır ki, ünvanladığım rəsmi müraciət də cavabsız olaraq qalır!

Yuxarıda adını qeyd etdiyim sektor müdiri Orxan İbrahimov 17.12.2025-ci il tarixdə gecə saatlarında mənə zəng edərək qəbula yazıldığımı soruşmuş, əgər bu gerçəkləşərsə ərizə yazaraq işdən çıxmalı olacağını və mənlə üz-üzə qalacağını və.s təhdid xarakterli fikirlər səsləndirmişdir. Nazirliyin adından istifadə edərək özündən qondarma “Təlimat” kəşf etmək, Azərbaycan qanunvericiliyini heçə sayaraq magistr dərəcəli kadrı qərəzli olaraq kənarlaşdırıb, əvəzində isə  bütün Region mədəniyyətinin yaxşı tanıdığı,vaxtilə kollektivin gözü önündə fəaliyyətsizliyinə və korrupsiya iddialarına görə uzaqlaşdırılmış  orta ixtisas təhsilli müəllimi yenidən vəzifəyə gətirmək nəinki Azərbaycan Mədəniyyətinə xəyanət, həm də böyük bir qanun pozunutusu faktıdır.Sektor müdiri atdıqları addımın cinayət məsuliyyəti olduğunu deyəsən hələ indi dərk edib!

Region rəhbərliyinin hadisələrə qeyri-obyektiv, qərəzli yanaşması, özlərinin kəşfi olan idaretmə sistemi, qurulan  monopoliya  AMK-nın magistratura pilləsini bitirmiş tam ali təhsilli kadrın heç bir əsas olmadan vəzifə icrasından uzaqlaşdırılması mədəniyyətimiz adına sadəcə biabırçılıqıdır.

Müraciətdə adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026