Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Dünən, 11:38)
Daha bir neçə TENDER HOQQASI - BU NƏDİ BELƏ?

 Bakı şəhər İcra Hakimiyyətinin İnzibati Xidmət Obyekti əsas fondlara xidmət (liftin təmiri) üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə 3.672,16 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Məlumat satınalmaların portalında 24.12.2025-ci ildə dərc edilib.

Bundan əlavə Bakı şəhər İcra Hakimiyyətinin İnzibati Xidmət Obyekti əsas fondlara xidmət (liftlərə texniki xidmət) üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə 1.416 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Məlumat satınalmaların portalında 24.12.2025-ci ildə dərc edilib.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC liftlərə texniki baxış və servis xidmətinin satınalınması üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Publik Hüquqi Şəxsi ilə 05.12.2025-ci ildə 7.080 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “Harmony İndustrial Construction and Engineering Group” MMC-ni kotirovka sorğularında iştirakına yol vermir. Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.

Göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyətinin İnzibati Xidmət Obyekti də, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Publik Hüquqi Şəxsi də “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə bağlanılmış satınalma müqavilələrində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda sözügedən dövlət qurumlarının Satınalma Komissiyası buna yol vermişdir. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” 2025-ci ildə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə yaşayış və qeyri yaşayış sahələrində cari təmiri işləri üzrə ümumi dəyəri 4 877 010 manat 4 satınalma müqaviləsi bağlayıb.

Bundan əlavə Bakı şəhər İcra Hakimiyyətinin “Lifftəmir” İstehsalat Birliyinə tabeli qurumlarla lift ehtiyat hissələrinin alınması üzrə ümumi dəyəri 1 236 572 manat olan 4 satınalma müqaviləsi bağlayıb.

Satınalmalarının portalına yerləşdirilmiş məlumatlara görə 2023-ildə “Azərişıq” “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə 3 ay ərzində ümumi dəyəri 31 867 074 manat dəyərində satınalma müqavilələri bağlayıb.

Bu məlumatlardan da görsəndiyi kimi, “Harmony İndustrial Construction and Engineering Group” MMC dövlət satınalmalarında həm dəyəri milyonlarla manat olan tenderlərdə qalib olur, həm də qanunun yol vermədiyi kotirovka sorğularında.

Şirkətin fəaliyyət sahəsinə gəlincə. Satınalmaların portalındakı məlumatlara görə MMC çox profillidir. Təmir tikinti və liftlərin təmiri işlərindən tutmuş müxtəlif nov malların satınalmasında iştirak edir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” (VÖEN 1500429791) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 52, m. 20, qanuni təmsilçisi kimi isə Orucov Əlövsət Bilal oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub.

Belə şübhəli satınalmaların bir neçəsi də Bakı şəhər İcra Hakimiyyətinin İnzibati Xidmət Obyekti ilə bağlanılıb. Bu müqavilələrin bağlanılması zamanı “Harmony İndustrial Construction and Engineering Group” MMC tərəfindən sənədlərin saxtalaşdırılması istisna deyil. Ehtimal olunan qiymət 30 000 manatadək olan satınalmalarda ancaq mikro və kiçik sahibkarlıq subyektilərin iştirakına icazə verildiyi halda, orta sahibkarlıq subyekti olan bu MMC necə qalib çıxa bilərdi?

Aktualinfo.net


шаблоны для dle 11.2

Xəbər lenti
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026