Slayd / Təhsil / Redaktor seçimi (Dünən, 11:47)
KARYERA BOŞLUQLARI,SÜRƏTLİ YÜKSƏLİŞ VƏ CAVABSIZ SUALLAR
Azərbaycanın təhsil idarəçiliyi sistemində son illər diqqət çəkən təyinatlardan biri də 2023-cü ilin oktyabrında baş verib. Eşqi Ələkbər oğlu Bağırov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub. Bu post təkcə inzibati deyil, strateji əhəmiyyət daşıyır: məktəblər, müəllimlər, şagirdlər və bütövlükdə ümumi təhsil siyasəti bu qurumun qərarlarından asılıdır.Lakin bu təyinatla birlikdə Bağırovun keçdiyi yol da ictimai maraq doğuran sualları yenidən gündəmə gətirib.
Eşqi Ələkbər oğlu Bağırov 1990-cı illərdə anadan olub. 2006–2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində bakalavr təhsili alıb. Hüquq diplomu alan minlərlə gənc kimi onun da qarşısında kifayət qədər klassik və açıq yollar var idi: vəkillik imtahanı, məhkəmə sistemi, hüquq-mühafizə orqanları, dövlət qulluğu üzrə testlər və s.Lakin maraqlı məqam da elə buradan başlayır.
2010-cu ildə universiteti bitirən Eşqi Bağırovun 2014-cü ilə qədər – tam 4 il ərzində harada və hansı əsasla fəaliyyət göstərdiyi haqda Vikipediyasında heç bir məlumat yoxdur.
Normal hüquq təhsili almış, savadlı bir məzun ən azı vəkillik imtahanına hazırlaşar, hüquqi praktikada çalışar, ya da dövlət qulluğuna qəbul üçün imtahan verərdi. Bu baş verməyib.
Nazir dəyişdi, karyera başladı
Mediatv.az xəbər verir ki,2013-cü ildə Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasından sonra, 2014-cü ildə Eşqi Bağırov Elm və Təhsil Nazirliyində İnsan Resursları Şöbəsində məsləhətçi kimi işə başlayır. Açıq qalır sual:Hüquq üzrə yeni məzun, real iş təcrübəsi olmayan bir şəxs hansı meyarlarla Təhsil Nazirliyi kimi strateji bir sahəyə cəlb olunub?Dövlət qulluğuna qəbul imtahanı olubmu, yoxsa daxili təyinatmı?Daha diqqətçəkən məqam isə odur ki, cəmi 4 il sonra bakalavr diplomu ilə Eşqi Bağırov 2018-ci ildə artıq İnsan Resursları Şöbəsinin müdiri vəzifəsinə yüksəlir.
Bu, on illərlə təcrübəsi olan, dövlət qulluğunda pillə-pillə irəliləyən yüzlərlə mütəxəssisin fonunda suallar doğurmaya bilməz.İnsan resursları – kadr seçimi, qiymətləndirmə, intizam, vəzifə yüksəlişi – dövlət idarəçiliyində ən həssas sahələrdən biridir. Belə bir struktura rəhbərlik üçün hansı real təcrübə və kompetensiyalar əsas götürülüb? Bu suala rəsmi cavab yoxdur. 2019-cu ildə,Təhsil Nazirliyində İnsan Resursları Şöbəsinin müdiri vəzifəsinə təyin olunandan 1 il sonra Eşqi Bağırov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistraturaya daxil olur. 2023-cü ilin oktyabr ayında Eşqi Bağırov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunur. Bu post təkcə idarəçilik deyil, həm də on minlərlə müəllimin, yüz minlərlə şagirdin taleyinə təsir edən strateji mövqedir.
Bu təyinat fonunda cəmiyyətin verməyə tam haqqı olan suallar var:Təhsil sisteminin kadr siyasəti niyə yenə “sürətli yüksəliş” nümunələri ilə yadda qalır?Hüquq təhsilli, pedaqoji və ya təhsil idarəçiliyi üzrə dərin təcrübəsi olmayan şəxsin bu posta gətirilməsi hansı meyarlara əsaslanıb? Eşqi Bağırovun karyera yolu bir şəxsin uğur hekayəsindən çox, Elm və Təhsil nazirliyinin kadr siyasətində sistemli problemlərin güzgüsü təsiri bağışlayır. Boşluqlarla dolu CV, sürətli və izahsız yüksəliş və cavabsız qalan suallar…
Bu yazı ittiham yox, ictimai hesabat tələbidir. Çünki təhsil sistemində şəffaflıq yalnız şagirdlərdən və müəllimlərdən tələb olunmamalı, qərar verənlər üçün də eyni dərəcədə keçərli olmalıdır. Problem izah olunmayan mexanizmlər, şəffaf olmayan qərarlar və ictimai hesabatın yoxluğudur.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
3 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
























