Sosial (Dünən, 13:17)
“Binəqədi Oil Company” Binəqədi sakinlərinə qarşı – Evləri “qanunsuz tikili” adıyla sökür
“Binəqədi Oil Company” şirkəti Binəqədi sakinlərini məhkəmə qapılarında qoyub.
Sözügedən şirkətin illərdir sakinlərə qarşı başlatdığı məhkəmə çəkişməsi davam edir.
Tribuna.az xəbər verir ki, Sergey Neymyshevin rəhbərlik etdiyi şirkətin Azərbaycandakı filialının qarşıdakı 1 ay ərzində Binəqədi sakinləri ilə 10-dan çox məhkəmə işi var. Bu proseslərin hamısında iddianı “Binəqədi Oil Company” qaldırıb. Şirkətin qaldırdığı iddialarda işin mahiyyəti qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasıdır.
Prosesdə cavabdeh tərəf kimi iştirak edən sakinlərin adları açıqlanmır. Qaldırılmış işlərin hamısına Binəqədi rayon Məhkəməsində baxılır. İllərdir davam edən bu proseslərdən birinə sabah hakim Pərviz Məmmədovun sədrliyi ilə baxılacaq. Təkcə iki gün ərzində – 8 və 9 yanvar tarixlərində sözügedən şirkətin 6 sakinə qarşı qaldırdığı iddiaya baxılacaq.
Xatırladaq ki, bu, sözügedən şirkətin sakinlərlə ilk məhkəmə çəkişməsi deyil. “Binəıqədi Oil Company” artıq neçə ildir ki, Binəqədi sakinlərinə qarşı qanunsuz tikilinin sökülməsi ittihamı ilə iddia qaldırıb.
Yeri gəlmişkən onu da bildirək ki, narazılıq yaradan bu şirkətin fəaliyyətini millət vəkili Razi Nurullayev də çıxışlarının birində sərt tənqid etmişdi. Deputat çıxışı zamanı bildirmişdi ki, bu cür şirkətlər, xüsusilə də “Binəqədi Oil Company” və “Balakhani Operating Company” dövlətə deyil, ancaq öz cibinə xidmət edir.
R.Nurullayev bu şirkətləri xalqın sərvətini oğurlamaqda ittiham edərək bu sözləri bildirmişdi:
“Bu şirkətlər dövlətə ziyan vurur, oğurluq işlərlə məşğuldurlar, müxtəlif maxinasiyalar edirlər. Onlara bu səlahiyyətləri kim verib?. Dövlətin qanunlarını pozurlar bu şirkətlər. Əməlləri sıfır. Bu şirkətlərin nə işlə məşğul olduğu məlum deyil”.
Qeyd edək ki, “Binəqədi Oil Company” şirkətinin Azərbaycandakı filialının rəhbəri Sergey Neymyshevdir. Bu şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Azen Oil Kompani Bi.Vi.” kimi qurumların iştirakı ilə 2005-ci ildə yaradılıb və Binəqədi regionundakı neft yataqlarını işləyir.
Sözügedən şirkətlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026

























