Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (2-04-2014, 16:05)
Lənkəran Təhsil şöbəsinin müdiri vəzifəsini satışa çıxarıb

Lənkəran Təhsil şöbəsinin müdiri Şahanə Əhmədova öz vəzifəsini 300 min manata satıb Lerik rayonuna icra başçısı getmək istəyir

Lənkəranda maraqlı qalmaqal yaşanır. Lənkəran Təhsil şöbəsinin müdiri Şahanə Əhmədova öz sinif yoldaşı Lənkəran Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayevə verdiy külli miqdarda pulu geri ala bilmir. Pulu geri vermək istəməyən Səmədağa Abdullayev Şahanə Əhmədovanı icra başçısı olmağa həvəsləndirib.
Bu barədə Lənkərandan PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, bir müddət əvvəl Lənkəran Təhsil şöbəsinin müdiri Şahanə Əhmədova öz sinif yoldaşı Lənkəran Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayevə Lənkəran icra hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə keçmək üçün külli miqdarda pul verilib qeyd olunur ki, Səmədağa Abdullayev daha əvvəldə öz sinif yoldaşına belə bir «xidmət» göstərib. Belə ki, Şahanə Əhmədova Lənkəran rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə keçmək üçün məhz sinif yoldaşının «menecer xidmətindən» istifadə edib. Lakin bu dəfə işlər dolaşıqlığa düşüb. Çünki Lənkəran icra hakimiyyətinin başçısının birinci müavini İlqar Dadaşovun arxası daha güclü çıxıb və onu yerindən tərpətmək mümkün olmayıb.
Daxil olan məlumatda göstərilir ki, bundan sonra Şahanə Əhmədova Səmədağa Abdullayevdən pulunu geri istəsə də, Səmədağa Abdullayev ona bildirib ki, verilən pulun üstünə yarım milyonda əlavə etsə, onu Lerik rayon icra hakimiyyətinə başçı qoydura bilər. Bildirilir ki, hətta Səmədağa Abdullayev və dostu, Sağlamıq Mərkəzinin direktoru Zahir Axundov Bakıda hansısa yüksək vəzifəli şəxslərlə bu barədə danışıqlara belə başlayıblar.
Öz növbəsində Şahanə Əhmədovanın da pul toplamaq üçün hərəkətə keçdiyi bildirilir. Amma Təhsil şöbəsinin müdiri pul tapa bilmək üçün ilginc yol tapıb. Belə ki, məlumatda iddia olunur ki, Şahanə Əhmədova hazırda tutduğu Lənkəran rayon Təhsil şöbəsinin müdiri vəzifəsini 300 min manata satışa çıxarıb. Bizə daxil olan məlumatda alıcının olub olmaması haqqında heç bir məlumat olmasa da, etiraf olunmalıdır ki, bu Şahanə Əhmədovanın bu addımı anoloqu olmayan, bəlkə də ancaq Azərbaycan məmurlarına xas ola biləcək bir addımdır.
Məlumatda o da qeyd olunur ki, Şahanə Əhmədova təkcə vəzifəsini satışa çıxarmaqla kifayətlənməyib. Novruz bayramından həmən snra xanım şöbə müdiri məktəb direktorlarına deyib ki, siz əlavə dərslər, dərnəklər yazırsız, onların pullarını gətirin mənə şəhəri rəngləyirəm. Məlumatda qeyd olunur ki, şöbə müdiri Bala-Şürük, Avrora, Mağanojba, Girdəni, Liman 2, Ürgə, Boladi, Darquba, 8 saylı, Qurumba, Şovu, Lənkəran şəhər 1, 2, 3, 4,5, 6, 7, 9,10 saylı, Sütəmurdov, Velədi orta məktəblərinin direktorlarını çağıraraq kənd məktəbləriinin direktorlarından 2000 manat, şəhər məktəblərinin direktorlanıdan isə 3000 manat tələb edib. Şahanə Əhmədova bildirib ki, bu pullar şəhərin abadılq işləri üçün yığılır və ona verilən tapşırıq belədir.  Şöbə müdirinin tələb olunan pulu verməyən direktorların işdən azad olunacaqlarını da vurğuladığı qeyd olunur. Qeyd edək ki, Lənkəranda 90-a qədər ümumtəhsil məktəbi fəaliyyət gösətərir.
Həmçinin bildirilir ki, Şahanə Əhmədova Novruz bayramından sonra hər bir şagirddən 3 manat gündəlik pulu yığmağa başlayıb.
Amma yenə də Şahanə Əhmədova tələb olunan pulu yığsa belə, onun Səmədağa Abdullayevin dəstəyi ilə Lerik icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat ala bilməsi sual altındadır. Çünki ər kəsə bəllidir ki, icra başçılarını Səmədağa Lənkəran Miqrasiya İdarəsinin rəisi yox, Azərbaycan Respublikasının prezidenti təyin edir.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024