Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:36)
“Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT

 Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına
"Azərbaycan" Nəşriyyatında fəaliyyət göstərən media redaksiyalarının
Baş redaktorları tərəfindən
                          MÜRACİƏT
Cənab Prezident!
Müraciət müəllifləri olaraq, öncə diqqətinizə çatdırmaq istəyirik ki, rəhbərlik etdiyimiz mətbu orqanların redaksiyaları uzun müddətdir “Azərbaycan” Nəşriyyatında icarəçi tərəf kimi fəaliyyət göstərir. Buna görə, nəşriyyat binasının əsaslı təmirinə daha çox özümüz ehtiyac duymuşuq. Artıq bizə məlumdur ki, verdiyiniz ciddi göstərişlər əsasında binanın təmirinə başlanmaq ərəfəsindədir. Ölkə mətbuatına ayırdığınız diqqətə görə, Sizə təşəkkür və minnətdarlığımızı çatdırmağı özümüzə borc bilirik.
Onu da qeyd etmək istəyirik ki, "Azərbaycan” Nəşriyyatı əsaslı təmirə bağlandığı üçün, burada yerləşən redaksiyalarla bağlanmış müqavilələr 1 fevral, 2026-cı il tarixindən ləğv edilib. Bundan əlavə, redaksiyalara qısa müddət ərzində buranı tərk etmələri barədə göstəriş verilib. Lakin bu redaksiyalar üçün alternativ yer ayrılmadığından, 40 ilədək burada fəaliyyət göstərən media vasitələrinin əməkdaşları belə ümidsiz vəziyyətə düşüblər. Bir sözlə, çıxış yolu tapmaqda çətinlik çəkirik. Məhz bu səbəbdən, məsələni 02.02.2026-cı il tarixində "Azərbaycan” Nəşriyyatı qarşısında keçirdiyimiz çoxsaylı media nümayəndələrinin aksiyasında müzakirə etdik. Bu tədbirdə çıxış edərək, əlaqədar rəsmi qurumların rəhbərlərini, xüsusən də, ölkə rəhbəri olaraq Sizə, jurnalistlərə kömək etməyə çağırış etdik. Bundan az sonra redaksiyalarla bağlı qeyd olunan problem Azərbaycan Mətbuat Şurasında müzakirə edildi. Şuranın sədri Rəşad Məcidlə görüşdə 3 vacib təklif irəli sürdük.
Təkliflərimizdə qeyd olunub ki, ölkə başçısı olaraq, Siz həmişə jurnalistlərin problemlərinin həllinə diqqət ayırmısınız. Bu, mediamızın Azərbaycan həqiqətlərini dünyaya çatdırması, eləcə də xalqımızın maarifləndirilməsi üçün böyük bir dəstək olub.
Möhtərəm Prezident!
Prezident Administrasiyası idarəçiliyindəki “Azərbaycan” Nəşriyyatının əsaslı təmirə dayandırılmasını dəstəkləyərkən, burada yerləşən redaksiyaların səmərəli fəaliyyətinə dövlət nəzarətini də vacib hesab edirik. İlk növbədə, redaksiyaların müvəqqəti olaraq alternativ binalarda yerləşdirilməsini və təmir başa çatdıqdan sonra, onların nəşriyyata qaytarılmasına zəmanət verilməsini vacib hesab edirik. ( Xatırladaq ki, təmirə dayandırılan binaya bitişik korpusda iyirmiyə yaxın boş otaqlar mətbuata aidiyyatı olmayan subyektlərə verilib.)
Buna görə də, müzakirə zamanı verdiyimiz 3 önəmli təklifi Sizin də diqqətinizə çatdırmağı vacib hesab edirik:
- “Azərbaycan” Nəşriyyatının əsaslı təmirə dayandırılması səbəbindən, binanı tərk edən redaksiyalara alternativ binalarda müvəqqəti yerlər verilsin;
- Nəşriyyatın əsaslı təmiri başa çatdıqdan sonra, bu redaksiyaların əvvəlki iş yerlərinə qaytarılması zəmanət əsasında təmin edilsin;
- Müvəqqəti fəaliyyət üçün ayrılmış sahələrlə yanaşı, "Azərbaycan” Nəşriyyatının yenidən qurulmasından sonra, icarə haqqı (İndiyədək 1 kv.m üçün 5.20 manat müəyyən olunub) mətbuatın iqtisadi imkanlarına uyğunlaşdırılsın.
Cənab Prezident!
Diqqətinizə görə əvvəlcədən təşəkkür edirik və inanırıq ki, bu problemimiz Sizin köməyinizlə həllini tapacaq.
1. Şirin Cəfəri, ("Gundemxeber")
2. İlqar Salmanov ("Yenixeber.org")
3. Rövşən Qasımov, ("Millitv")
4. Yaqub Xudiyev, ("Təhqiqat" qəzeti)
5. Sədaqət Kərimova, ("Simurq" qəzeti)
6. Rövşən Vəliyev, ("Xeberlenti.com")
7. Həzi Hacıyev, ("Ziyalı" jurnalı)
8. İradə Saracallı, ("Bizimlider")
9. Rasim Qafarov
10. Heydər Oğuz, ("Ovqat.com")
11. Fikrət Abdullayev, (ETİM)
12. Məhəmməd Ərsoy ("Dia-az")
13. Asif Mərzili, ("Təzadlar")
14. Əliyeva R. ("Nedelya" qəzeti)
15. Şamo Nərimanoğlu, ("Açıq səma")
16. Ləzgiyeva Telli, ("Telli sənəm")
17. Türkan Səfərova, ("Poroqraf tv")
18 . Rasim Sadıqov, ("Azpress.az")
19. Nicat Mahmudov, ("Rubrika.az")
20. Nazim Tapdıqoğlu, ("Doğrusöz")
Və s.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026