Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 14:00)
Sabunçu rayonunda QANUNSUZ tikinti: Aidiyyəti qurumlar hara baxır?

 
Sabunçu rayonunda son illər müşahidə olunan qanunsuz tikinti halları artıq tək-tük fakt deyil, sistemli problemə çevrilib. Yaşayış məhəllələrinin ortasında, sənədsiz-sübutsuz, norma və qaydalar gözlənilmədən ucaldılan tikililər rayon sakinlərinin haqlı narazılığına səbəb olur. Sual isə dəyişmir: bu özbaşınalığa kim icazə verir və aidiyyəti qurumlar niyə susur?
Məlumdur ki, hər bir tikinti işi müvafiq icazələr, layihə sənədləri və texniki təhlükəsizlik normaları əsasında aparılmalıdır.
Ancaq Sabunçuda bəziləri bu qaydaları açıq-aşkar tapdalayaraq, gecə-gündüz fərqi bilmədən tikinti aparır, nəticədə həm şəhərsalma prinsipləri pozulur, həm də insanların həyatı risk altına atılır. Kommunikasiyalar yüklənir, yollar daralır, həyətlər zəbt olunur.Mediatv.az-a daxil olan məlumata görə belə tikililərdən biri də Sabunçu rayon Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində "Möcüzə Market"lə üzbəüz ərazidə aparılır.
Ən təəccüblüsü isə budur ki, bütün bunlar hər kəsin gözü qarşısında baş verdiyi halda, nə yerli icra strukturlarından, nə də nəzarət qurumlarından ciddi reaksiya görünür. Yoxlamalar niyə vaxtında aparılmır? Qanunsuz tikintiyə niyə göz yumulur? Belə tikililər necə və hansı “himayə” ilə başa çatdırılır?
Qanun hamı üçün eyni olmalıdır. Əks halda, bir tərəfdən sənədlə, illərlə icazə dalınca qaçan vətəndaş, digər tərəfdən isə qanunu saymayanlar arasında açıq ədalətsizlik yaranır. Sabunçu  Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyinin,Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxsləri görəsən hara baxır?
 Susqunluq davam etdikcə, özbaşınalıq daha da genişlənəcək. Sabunçuda qanun işləyəcəkmi, yoxsa qanunsuz tikinti “adi hala” çevriləcək?
Yazıda adı çəkilən qurumların söz haqqını tanıyırıq.
  Mediatv.az

 шаблоны для dle 11.2

Xəbər lenti
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025