Sosial (Bu gün, 13:04)
Cəbrayıl Xanlarov idarə rəisinə qara rəngli “Lexus”lar alır
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsi tenderə yekun vurub. Tribuna.az xəbər verir ki, idarə 2 ədəd xidməti nəqliyyat vasitəsinin satın alınmasını həyata keçirəcək.
Məlum olub ki, tenderin qalibi “TOYOTA”-BAKI MƏRKƏZİ” MMC olub. FHN-in qurumu bu şirkətdəniki dədə qara rəngdə “Lexus” markalı maşın alacaq.Müqabilində isə 391 min manat ödəyəcək.
Bildirək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi bir il ərazində cəmi üç tender keçirib. Onlardan biri xidməti maşının alınmasıdır ki, yuxarıda bu barədə qeyd etmişik. İkincisi isə avtonəqliyyat vasitələrinin təmiri, ehtiyyat hissələrinin alınması və servis xidmətləri ilə bağlıdır.08.08.2025-ci ildə “İDEAL MOTORS” MMC ilə bağlanılmış müqaviləyə əsasən görülən işlərə görə, 312 min 142 manat ayrılıb.
Digər tender isə 30.04.2025-ci ildə keçirilib ki, bu da kompyuter, printer, UPS və kompyuter ehtiyyat hissələrinin alınmasını əhatə edib. “AZİMUT TƏCHİZAT” MMC-nin qalibi olduğu müsabiqəyə əsasən 550 min 989 manat xərclənib.
Tribuna.az-ın araşdırması zamanı sözügedən quruma kimin rəhbərlik etdiyi müəyyən edilməyib. Daha doğrusu, açıq mənbələrdə bu barədə hər hansı bilgi yoxdur. Yalnız bəzi hallarda qeyd edilir ki, EkspertizaBaş İdararəsinə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov özü başçılıq edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025

























