Məlum olub ki, müxtəlif xidmətlərin, tikinti işlərinin və avadanlıqların alınmasına milyonlarla manat vəsait xərclənib.
Tenderlərin tam siyahısı və məbləğləri:
Gəncə Şəhər İcra Hakimiyyəti – Gəncə Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyəti
Qeyri-yaşayış sahəsinin kommunal və istismar xidmətinin satınalınması – 25.000 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti – İnzibati Bina İdarəsi / PEARL SERVİS Məhdud Məsuliyyətli Cəmiyyəti
Bir sıra xidmətlərin satın alınması – 41.831 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / Qoşqarçay SİB
Su haqqının ödənilməsi – 25.000 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / COLOUR PARK AGRO Məhdud Məsuliyyətli Cəmiyyəti
Abadlıq işləri və istehlak yönümlü müxtəlif xidmətlər, bioloji aktivlərin satın alınması – 45.870 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / HƏDƏF BİR 2025 Məhdud Məsuliyyətli Cəmiyyəti
Dəftərxana və təsərrüfat mallarının satın alınması – 24.479,1 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / NUR SUPPLIER Məhdud Məsuliyyətli Cəmiyyəti
Müxtəlif növ xidmətlərin satın alınması – 61.843,8 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / MAS MMC
Radiotezliklərə internet xidmətinin göstərilməsi – 3.610,8 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / ATLANTIS CONSTRUCTION GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti
Parkın ərazisində cari təmir işləri və müxtəlif avadanlıqların alınması/quraşdırılması – 115.024,04 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti / Azpetrol Ltd. Məhdud Məsuliyyətli Cəmiyyəti
Xidməti minik avtomobilləri üçün Aİ-95 markalı benzin – 20.620,8 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti / VERTUS ENGINEERING CO MMC
10 ədəd sərnişin liftinin alınması və quraşdırılması – 494.971,65 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti / RÖVŞƏN OĞUZ QRUP MMC
Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri (avadanlıqların quraşdırılması, işə baxılması və sınaq işləri) – 12.000.000 AZN
Tikinti-quraşdırma işlərinin davam etdirilməsi – 377.390 AZN
Gəncə İdman Sarayının tikintisi – 4.000.000 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti / AZƏRMAŞ PARK MMC
“Lada Niva Tarvel” markalı minik avtomobilinin satın alınması – 26.500 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti / GƏNCƏ KÖRPÜ TİKİNTİ-2 Açıq Səhmdar Cəmiyyəti
Gəncə şəhərində yolların əsaslı təmiri – 2.897.827,35 AZN
Gəncə Şəhər İcra Hakimiyyəti / Reyhan Müəssisəsi MMC
249 mənzilli yeni yaşayış binasının tikintisi – 2.000.000 AZN
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / GLOBAL SUPPLY SERVICES COMPANY MMC
Cari təmir-tikinti işləri üçün mal-materialın satın alınması – 220.904,59 AZN
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / GƏNCƏ KÖRPÜ TİKİNTİ-2 Açıq Səhmdar Cəmiyyəti
Ekoloji Park kompleksinin və ətraf abadlıq işlərinin satın alınması (2-ci hissə) – 6.189.463,25 AZN
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / ALOV-MÜHAFİZƏ Məhdud Məsuliyyətli Cəmiyyəti
Mühafizə xidmətinin satın alınması – 188.000,31 AZN
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / FLEX Məhdud Məsuliyyətli Cəmiyyəti
Telefon və internet şəbəkələrinin yenilənməsi xidmətlərinin satın alınması – 77.415,08 AZN
2025-ci il ərzində Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyindəki qurumların bağladığı müqavilələrin ümumi məbləği: 32.186.667,72 AZN
Araşdırma göstərir ki, Gəncə Şəhər İcra Hakimiyyəti müxtəlif xidmətlər və iri tikinti layihələri üçün böyük məbləğdə vəsait xərcləyib. Tenderlərin əksəriyyəti MMC-lər vasitəsilə həyata keçirilib ki, bu da diqqət çəkən bir faktordur.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun 2 milyon manatlıq dəbdəbəli avtomobil kolleksiyası barədə məlumatlar yayıb. Bəhram Bayramova məxsus 13 bahalı maşından beşi – “Jeep”, “Range Rover”, “Bentley”, “Porsche” və “Mercedes” – eyni dövlət nömrəsi ilə qeydiyyata alınıb və onların ümumi dəyəri təxminən 1 milyon manatdır.
Həmçinin ilk dəfə Niyazi Bayramovun oğlunun adına rəsmiləşdirilən və həyat yoldaşına məxsus olan dəbdəbəli “D’lite” restoranı barədə məlumat vermişdik.(32gün.az)









Bu dəfə Niyazi Bayramovun rəhbərlik etdiyi Gəncə Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki idarə və müəssisələrin 2025-ci il ərzində həyata keçirdiyi tender müqavilələrini araşdırmışıq.


















