Sosial (Dünən, 16:19)
“Təzə bazar”da nöqsanlar aşkarlandı

Mediatv.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Bazarda soyuq sıxım yağ emalı sahəsinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, heyvan mənşəli məhsulların satışı obyektində qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin, ət məhsullarının üzərində baytarlıq nəzarəti möhürünün olmadığı, həmçinin ət məhsullarının daşınma qaydalarına riayət olunmadığı, qida məhsullarının saxlanması üçün kifayət qədər soyuducuların təmin edilmədiyi, süd məhsullarının uyğun temperaturda saxlanmadığı, ət və balıq məhsullarının soyuducudan kənar saxlandığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
13 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025