Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (16-09-2021, 21:12)
Əcnəbi vətəndaşın rəhbərlik etdiyi şirkət "Gilan İnşaat"ı məhkəməyə verdi

 Xarici ölkə vətəndaşı olan Phakhrı Amırjanovun rəhbərlik etdiyi “Qara çay” şirkəti Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun oğlu Elvin İsmayılovun rəhbərlik etdiyi “Gilan İnşaat” MMC-ni məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, iddia ərizəsinə hakim Kəmalə Abiyevanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Bildirilir ki, məhkəmə iddiası icarə müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Qeyd edək ki, “Qara çay” şirkəti 18.09.2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 200 manat olan şirkət inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm də regionlarda müxtəlif layihələrin müəllifidir.
"Gilan İnşaat" MMC isə 01.09.2006-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Zərifə Əliyeva, ev 38, m. 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Elvin İsmayıl oğludur.
Qeyd edək ki, Elvin İsmayılov 19 sentyabr 1987-ci ildə Naxçıvanda anadan olub. Orta təhsilini Bakı Kompyuter Kollecində alıb.
Ali təhsilini (bakalavr) Azərbaycan Milli Aviasiya Akademiyasında aldıqdan sonra 2008-2009-cu illərdə Washington DC. ştatında Strayer Universitetində MBA International Law, 2011-2012-ci illərdə Milan şəhərinin Istituto Marangoni Design School-da Interior Design, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nı fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2019-cu illərdə George Washington University, Project Management (Master Degree), 2017-ci ildən Kiev Dövlət Tikinti və Arxitektura universitetinin Şəhərsalma və Planlaşdırma fakultəsində təhsilini davam etdirib. 2015, 2017 və 2018-ci illərdə stend atıcılığı üzrə Azərbaycan çempionu olub.
Beynəlxalq Qran Prizi qalibi və Şərəf Diplomları sahibidir. Beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikası Əməkdar Məşqçisi, Azərbaycan Respublikası Əməkdar İdman İşçisidir.
2009-2011 Atıcılıq Məktəbinin direktor müavini, 2011-2012 (24 yaşında) Bakı Şəhər Vergilər Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, 2012-ci il (25 yaşında) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin idman məsələləri üzrə köməkçisi, 2014-cü ildə (27 yaşında) Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş idarəsinin rəis müavini olub.
2012-ci ildən bu günə qədər “Qəbələ” İdman Klubunda atıcılıq növləri üzrə vitse-prezidentdir. 2016-cı ildən “Gilan İnşaat” MMC-nin Baş direktorudur.
Onu da bildirək ki, “Gilan İnşaat” MMC rəhbərliyində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovların da yer aldığı “Gilan Holdinq” MMC -yə bağlıdır.
“Gilan İnşaat” MMC-nin Baş direktoru Elvin İsmayılov Tale Heydərovun prezidenti olduğu (hazırda deyil)  “Qəbələ” İdman Klubunda da vitse-prezident olub.шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024