Problem / Slayd (3-02-2022, 13:56)
FHN şefi İTİRƏ-İTİRƏ gedir
“Gilan Holding” MMC-nin törəmə şirkətlərindən daha biri satın alınıb.Mediatv.az Banker.az-a istinadən xəbər verir ki, “Gilan Qəbələ Beton Zavodu” MMC-nin ardından, “Gilan Beton” MMC də tikinti materialları istehsalçısı olan “Spark” MMC-nin strukturuna daxil edilib.
“Gilan Beton” MMC 2015-ci ildə yaradılmışdı. 2021-ci ilin oktyabrında şirkətin nizamnamə kapitalı 4000 manatdan 400 100 manata qaldırılmışdı.
Yeni adda çıxış edəcək
Beləliklə, “Gilan Beton” MMC (VÖEN: 1303966201) bundan sonra rebrendinq edərək “Spark Beton” MMC adı ilə fəaliyyətini davam etdirəcək. Yeni satınalmadan sonra şirkətin hüquqi – Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov Pr., ev 206, məh. 466 ( yaxud “Capital Towers”) ünvanı, Nərimanov rayonu, Köndələn eninə 10-cu ünvanı ilə dəyişdirilib. Yeni ünvan isə ana şirkət sayılan “Spark” MMC-nin hüquqi ünvanıdır. Lakin “Spark Beton” MMC-nin əvvəlki rəhbəri dəyişməyib. Şirkətə Kərim Səlimov Zakir oğlu direktorluq edəcək.
Xatırladaq ki, “Gilan Holding”in nizamnamə kapitalı yanvarda olan məlumata görə 98 483 064 manatdan 100 manata endirilmişdi. 2021-ci ildə bir neçə şirkətin adındakı “Gilan” brendi götürülmüş, “ABA” kimi qeydiyyata alınmışdır.
9 şirkət “Gilan” adından çıxıb
2021-ci ildə “Gilan” brendi ilə fəaliyyət göstərən 9 şirkət adını başqa ada dəyişməli olub. Ötən il sentyabrın sonu “Gilan Agricultural Internatıonal” MMC adını “ABA Aİ” MMC-yə, “Gilan Hospitality-Bakı” MMC adını “ABA HB” MMC-yə və “GİLAN LOGİSTİCS GROUP” MMC isə adını “ABA Logistics Group” MMC-yə dəyişmişdilər.
Sentyabrın əvvəlindən isə “Gilan Cotton and Grain” MMC “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC ilə bazarda çıxış edirlər.
“ABA”lar isə Bakı Şəhəri Xətai Rayonu, Babək pr., ev 8, məh. 1130/1133, m. 70 hüquqi ünvanında qeydiyyatdadırlar.
Şirkətlərin qanuni təmsilçisi isə Günel Qafarova Vilayət qızıdır.
2021-ci ilin əvvəlində “Gilan Constraction” MMC adını dəyişməklə “Core Constraction” MMC-yə və may ayında Gilan Dəri Zavodu (“Gilan Dəri” MMC) rebrendinq edərək “A.C.E Dəri” MMC-yə çevrilmişdilər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024