Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:23)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Ötən ay Hesablama Palatası bəzi dövlət qurumlarında kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirdiyini açıqladı. Hesabata görə dövlət qurumlarında keçirilmiş satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə yol verilmiş nöqsanlar aşkarlanıb. Dövlət qurumlarının bu kimi nöqsanları barədə Hesablama Palatası tərəfindən demək olar daim məlumatlar verilir. Maraqlıdır, Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilmiş dövlət  satınalmalarını yoxlasa nə kimi nöqsanlar üzə çıxara bilər?

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxsi tərəfindən 2024-cü ildə keçirilmiş dövlət satınalmaları ətrafında araşdırma aparmışıq. Araşdırmalarda QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən illik satınalma planlarına daxil edilmiş, onlara uyğun keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Bu istiqamətdəki araşdırmalarımızla aktualinfo.org olaraq bildiririk ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən 13.10.2023-cü il tarixində dövlət satınalmalarının vahid internet portalında 2024-cü ildə satın alınacaq zəruri malların və xidmətlərin satınalma planları açıqlanmışdır. Satınalma planlarına 9 açıq tender və 5 kotirovka sorğusu daxil edilmişdir.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ildə yuxarıda göstərilən satınalmalarla bağlı satınalmaların vahid internet portalında iddiaçılara heç bir elektron dəvət  (e-kotirovka), (e-tender) elanı verməmişdir. Bununla belə QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ildə iddiaçılara dəvət elanı, (e-tender) və (e-kotirovka) vermədiyi, amma keçirilmiş kotirovka sorğularının nəticələrini açıqlamışdır.

Proqram təminatlarının təkmilləşdirilməsi və interfeysin yenilənməsi xidmətlərinin satın alınması üzrə 62.350,61 manat dəyərində müqavilə “B2B GROUP” MMC ilə 16.08.2024-cü ildə bağlanmışdır.

2023-cü il üçün Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin və qrant verilməsi ilə bağlı daxili nəzarət prosedurlarının auditi üzrə 49.000 manat dəyərində müqavilə “BAKER TİLLY AUDİT AZƏRBAYCAN” QSC ilə bağlanmışdır.

Nəqliyyat vasitələrinin əsaslı təmiri üzrə 12.308,58 manat dəyərində müqavilə “SÜLH” FİRMASI ilə 29.08.2024-cü ildə bağlanmışdır.

Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 19.452,24 manat dəyərində müqavilə “AKURD”  MMC ilə 30.08.2024-cü ildə bağlanmışdır.

Cari təmiri işləri üzrə 16.256,86  manat dəyərində müqavilə “VEDİBASAR İNŞAAT”  MMC ilə ildə bağlanmışdır.

Mətbəə məhsullarının satın alınması  üzrə 29.949,58 manat dəyərində müqavilə “AZİMUT TƏCHİZAT”  MMC ilə 31.10.2024-cü ildə bağlanmışdır.

Göründüyü kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ildə satın alınması planlaşdırılmış mallar və xidmətlər üzrə 6 kotirovka sorğusunun nəticəsini ictimaiyyətə açıqlamış, digər 9 açıq tenderin nəticələri barədə portala məlumat yerləşdirməmişdir.

Buradan suallar yaranır.2024-cü ilin dövlət büdcəsi təsdiq edildikdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən satınalma planlarına salınmış, istehlak yönlü müxtəlif xidmətlər, avadanlıqların alınması və quraşdırılması, sair torpaq, tikili və avadanlıqlar,maşın və avadanlıqlar, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, əsas fondlara xidmət haqqı kimi 2024-cü ilin sonuna qədər keçirilməsi nəzərdə tutulmuş satınalmaların nəticələri barədə nə üçün satınalmaların portalına məlumat yerləşdirilməmişdir?

Nəticələri açıqlanmamış bu satınalmalar üzrə  ayrılmış büdcə vəsaitləri hara xərclənib? QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Satınalma Komissiyası 2024-cü il ərzində kotirovka sorğularının keçirilməsi barədə nə üçün qanunla müəyyən edilmiş qaydada iddiaçılara (e-kotirovka) dəvət elan verməmişdir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Satınalma Komissiyası iddiaçılara (e-kotirovka) dəvət elanı vermədiyi kotirovka sorğuları üzrə 2024-cü ildə tələb olunan zəruri malların və xidmətlərin satın alınmasını necə həyata keçirmişdir? Əgər 2024-cü ildə göstərilən mallar və xidmətlər üzrə satınalma keçirilibsə, nəticələri barədə qanunla müəyyən edilmiş qaydada ictimaiyyətə nə üçün acıqlama verilməmiş, keçirilməmişsə satınalmaların  baş tutmamasınin səbəbləri barədə dövlət satınalmalarının vahid internet portalına nə üçün məlumatlar yerləşdirililməmişdir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ildə keçirilməsi nəzərdə tutulmuş kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara dəvət (e-kotirovka) elanı verməmiş, bağlanılan bir sıra müqavilələr barədə məlumatları portala yerləşdirməmişdir. Satın alınmasına büdcədən vəsait ayrılmış, lakin keçirilib, keçirilməməsi bəlli olmayan satınalmalarla bağlı qanunla müəyyən edilmiş qaydada heç bir bildiriş verilməmişdir.  Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol verildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci ildə də satınalmaların təşkilini qanunun tələblərinə uyğun şəkildə həyata keçirməmişdir. Məsələn Agentlik 3 aprel 2025-ci il tarixində tədbirin keçirilməsi ilə əlaqədər bir mənbədən satınalma metodu tətbiq etməklə “Bakı Konqres Mərkəzi” ilə 7.372,64 manat dəyərində, “Bakı Tədbirlər Agentliyi” ilə də 590.944 manat dəyərində satıanalma müqaviləsi bağlamışdır. Amma maraqlı orasıdır ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 3 aprel 2025-ci il tarixdə keçirilən tədbir üzrə tenderin nəticələrini satınalmaların portalında 03.07.2025-ci ildə dərc etmişdir. Sual yaranır. Niyə?

Daha maraqlısı odur ki, altı yüz min manat civarında vəsait ayrılmış,cəmi bir neçə saat çəkmiş tədbir barədə mediada kiçik bir xəbər yayılmışdır ki,2025-ci ilin aprelin 3-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib. Görüşdə müsabiqə qalibləri təbrik edilib, QHT rəhbərlərinin sualları cavablandırılıb, gözləntilər diqqətə çatdırılıb. Görüşdə 400 nəfərə yaxın QHT rəhbərləri iştirak edib.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadır. O, sözügedən vəzifəyə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının qərarı ilə 23 noyabr 2021-ci ildə təyin olunub. Aygün Əliyeva 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-2021-ci illərdə TƏBİB – də ictimaiyyətlə ələqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləmişdir. 2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.

Aygün Əliyevanın rəhbərliyi altında QHT-lərə Dövlət Dəstəyi Agentliyində son illər satınalmalarda yol verilən qanunsuzluqlarla bərabər qrantların düzgün bölüşdürülməməsinə də yol verilir. Elə bu yaxınlarda mediada yayılan xəbərlərdə bir sıra QHT təmsilçilərinin daha çox  millət vəkillərinin rəhbər olduğu QHT-lərə dövlət tərəfindən maliyyə yardımları ayrıldığını açıqlamışdı.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025