Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 12:01)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –Həbslər gözlənilir...

Hökumət yanında “gözükölgəli” qeyri-hökumət təşkilatları -DE-FAKTO

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Hesablama Palatasının növbədənkənar yoxlaması təşkil edilib.

Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, 3 nəfərlik qrup 1 ay müddətində Agentliyi audit edib. Məsələnin ilginc tərəfi bu haqda heç bir məlumatın ictimailəşməməsidir. Əldə etdiyimiz məlumata görə, növbədənkənar yoxlama Prezident Administrasiyasının “tövsiyəsi” ilə baş tutub. Şübhəsiz ki, bu da səbəbsiz deyil…Sən demə, Agentliyin Layihələr departamentinin meneceri Natiq Lahıcov bu ilin fevral və iyun aylarında olmaqla icraçı direktor Aygün Əliyevanın 2 əmri ilə 2 dəfə Almaniyada ezamiyyətdə olub...

Bəs ezamiyyəti doğuran səbəb nə olub? Lahıcovun ağıl məhsulu: adam hansısa beynəlxalq tədbirə dəvət alması ilə bağlı saxta məktublar tərtib edib…Aygün Əliyeva da “səxavətindən qalmayaraq” agentliyə yaxından-uzaqdan aidiyyatı olmayan bu ezamiyyətlərin hər biri üçün 10.000 (on min) manata yaxın məbləğ ayırıb. Bundan xəbər tutan Prezident Administrasiyasının QHT sektorunun müdiri Tural Əliyev isə təcili müşavirə keçirib. Baş verənlərin səsbəbləri sorulub və formal da olsa izahatıar alınıb. Mənbəmizin Yenixeber.org-a bildirdiyinə görə, Aygün Əliyeva izahatında qeyd edib ki, Natiq Lahıcov bu əməlini ondan xəbərsiz, özbaşına edib(?) Təbii ki, bu mümkün olmadığı kimi, inandırıcı da deyil. İcraçı direktorun imzası və möhürü olmadan, nə maliyyənin ayrılması, nə də bu səfərin baş tutması olacaq iş deyil.

Onu da qeyd edək ki, Hesablama Palatasının yoxlaması zamanı artıq Natiq Lahıcov işindən qovulmuşdur. (Yeri gəlmişkən Natiq Lahıcov əvvəl də təxminən eyni səbəbdən işindən qovulub. Red.)    

Direktor işdən çıxarıldı: xərac toplama qalmaqalı

               Natiq Lahıcov

Yoxlamalarla o da məlum olub ki, COP29 tədbirləri zamanı agentliyə ayrılmış 5 milyon manata yaxın dövlət vəsaiti bir sıra QHT-lərə qrant verilməklə yanaşı, müxtəlif tədbir və səfər xərcləri, eləcə də xarici qonaqlar üçün bahalı hədiyyələr adı ilə silinib.

Yoxlamalar zamanı dövlətsatınalmalarının və müsabiqədənkənar yüksək məbləğli qrantların verilməsində ciddi qanun pozuntuları aşkarlanıb. Baxmayaraq ki, Yenixeber.org-a bu haqda heç də az olmayan məlumatlar daxil olub, amma hələlik məlum səbəblərdən geniş yazmağı uyğun bilmirik.

Bu yoxlamalarla bağlı yaxın zamanda Hesablama Palatasının rəsmi açıqlaması da gözlənilir. Ardınca gözlənilən həm də, Aygün Əliyeva başda olmaqla bir neçə məsul şəxsin sorğu-sual ediləcəyidir…Eyni ilə KİVDF-də olduğu kimi…

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Mövzunun davamı olacaq.




шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
7 10 2025
7 10 2025