Sosial (Bu gün, 17:30)
Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur – Xanım sahibkara, yoxsa…
Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən hidrotexniki qurğuların cari təmiri üçün materialların satın alınması üzrə 16.09.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “ENERVIA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 95.880,9 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 13.11.2025-ci ildə dərc edilib.Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu “ENERVIA” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət satınalmalarında ilkidir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ENERVIA” (VÖEN: 1309582181) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.08.2025-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI, YASAMAL RAYONU, Ə.SALAMZADƏ,ev.121, m.34, qanuni təmsilçisi kimi isə Rüstəmova Aidə Elim qızı olduğu qeyd olunub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “ENERVIA” MMC 28.08.2025-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinin kotirovka sorğusunu 16.09.2025-ci ildə başladığı göstərilir. Göründüyü kimi Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi satınalma prosuduru başlamazdan cəmi 18 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamağı planlaşdırır.
Bəs qanun necə buna yol verirmi? “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçılara dair ümumi tələblər bunlardır:
“Lisenziyalar və İcazələr” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi; satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;
Göründüyü kimi Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinin Satınalma Komissiyası “ENERVIA” MMC-nin uyğunluq göstəricilərinə göz yummuş, kotirovka elanından 18 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamağa üstünlük vermişdir. Bəs İdarənin 95 min manat dəyərində kotirovkanı həvalə etdiyi Aidə Rüstəmova kimdir və bu sifarişi yerinə yetirmək üçün yetərincə maddi-texniki bazası varmı?
Qeyd edək ki, bizə verilən məlumatlara görə “ENERVIA” MMC Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi ilə əvvəllər də iş görmüş şəxslərdən birinə məxsusdur. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi 06.12.2024-cü ildə 2-ci yarımil üçün hidrotexniki qurğuların cari təmiri üçün materialların satın alınması üzrə “KM SERVİCES” MMC ilə 66.704,81 manat dəyərində müqavilə bağlamışdır. Daha əvvəlki satınalmalarla bağlı məlumat yoxdu.
Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonlarına xidmət edir. İdarənin balansındakı kollektorlar vasitəsilə 173 min hektardan artıq suvarılan sahəyə xidmət göstərilir. İdarənin rəisi Valeh Qaraşovdur. O, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşıdır. Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olmuş Əhməd Əhmədzadənin ən sadiq kadrlarındadır. 2017-ci ildən Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinə rəhbərlik edir. Daha əvvəllər isə Kürdəmir Suvarma Sistemləri İdarəsinin, Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi olub.
Aktualinfo.net
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025


























