Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (5-11-2021, 10:12)
Təhsil sistemində daha bir ŞÜBHƏLİ TENDER


 




Ağdaş Dövlət Humanitar Kolleci dünən bir neçə kotirovka sorğusu proseduruna yekun vurub. dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş kotirovka sorğuları aşağıdakılardır.

Kollecin binasında əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 40 522.25 manat məbləğində satınalma müqaviləsi 04.11.2021-ci il tarixdə “AST-TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kollecin binasında cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 34 925.95 manat məbləğində satınalma müqaviləsi 04.11.2021-ci il tarixdə “AST-TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AST-TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsində 09.08.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TARZƏN HACI MƏMMƏDOV, ev 9, m. 0, qanuni təmsilçisinin isə Hüseynova Tovuz Səməd qızı olduğu göstərilir.

Əsas vəsaitlərin qiymətləndirilməsi üzrə keçirilmiş kotirovka sorğusunda 14 826.75 manat məbləğində satınalma müqaviləsi 04.11.2021-ci il tarixdə “AZVALUE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZVALUE” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 09.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 26, m. 15, qanuni təmsilçisinin isə Nuriyev Avdul Mustafa oğlu olduğu göstərilir.

Qeyd edək ki,bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur. “AST-TƏMİR İNŞAAT” MMC-nin analoji işlərdə təcrübəsinin olub, olmaması, yalnız Ağdaş Dövlət Humanitar Kollecinin sifarişlərinin qalibi olmasında özünü biruzə verir. “AZVALUE” MMC-isə analoji işlərdə bir neçə peşə məktəbinin keçirdiyi kotirovka sorğularının qalibi olub ki, bu da Təhsil Nazirliyində bir nəfər tərəfindən idarə olunduğunu, müqavilələrinin formal olaraq bağlanılmasını deməyə əsas verir.

Burada diqqət çəkən digər məqam ondan ibarətdir ki, “AST-TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Hüseynova Tovuz Səməd qızı Bakıdakı Məmməd Rahim adına 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi olmasıdır.

Bu xanım müəllimənin Ağdaş rayonunda Dövlət Humanitar Kollecin binasının təmirinə rəhbərlik etməsi nə dərəcədə real görsənir? Nə qədər real olmasa da, bu görsənən tərəfdir. Görsənməyən isə odur ki, müəllimənin adına yaradılmış MMC-dən üçüncü bir əl istifadə edir. Bu isə Təhsil Nazirliyində çalışan yüksək vəzifəli şəxslərdən birinin gizlin işlərindən başqa bir şey deyil.

Aktualinfo.org
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024