Sosial (Bu gün, 10:21)
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
"Mənim şikayətim Swiss Dent klinikasındandır. Hadisə baş verəndən qısa müddət sonra ölkədən köçdüm deyə məsələ qalmışdı. Deməli, mart ayında mən 3 dişin kanal müalicəsi və 1 dişin çəkmi ilə cəmi xərc 330 azn olmaqla sözügedən klinikaya ödəmə etmişəm. Burda mənimlə maraqlanan Gözəl adlı xanım idi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Gulnaz Guliyeva istifadəçi qeyd edir.Narazı vətəndaş daha sonra deyir: "Elə ödəniş etdiyim gün müalicəyə başladım. Klinikadan çıxandan sonra burnumdan su töküldü. Evə gəldim və bu hal təkrarlandı. Növbəti gün getdiyim zaman bunu həkimə bildirəndə əvvəllər burnumdan heç su axıb axmadığını soruşdu. Mən isə bildirdim ki, məndə heç vaxt olmayıb belə bir şey. KT etdilər və eynən bu şəkildə: “Gülnaz xanım, sizin üzünüzdə qaymarit olub, biz onu deşmişik, ona görə su axıb, indi sizi təcili əməliyyata almalıyıq, sabah elə həkimin vaxtı var gəlin əməliyyat edək”. Qısa bir şok yaşadım ki, mən həyatı boyu belə bir problemlə üzləşməmişəm. Yaxşı, lap qaymarit var deyək, su axıbsa siz nəyi əməliyyat edirsiniz? Nəysə, bu Gözəl xanım ancaq təkid edirdi ki, məni əməliyyata yazsın. 1 həftə sonraya canımı qurtarmaq üçün yazıldım və gəldim araşdırmağa başladım. LOR həkimindən tutun, Bakıda ən tanınmış stomatoloq cərraha və kanal müalicəsi üzrə başqa stomatoloqa müraciət etdim. Hamısının dediyi bir şey vardı: xanım, sizdə kanal müalicəsini ehtiyatsız işləyib, haymeri deşiblər. Dişinizə vurduqları dərman da burnunuzdan tökülüb. Hətta qan da gələ bilərdi. Əməliyyatlıq isə orda heçnə yoxdur. Antibiotik və burun üçün bu dərmanları tətbiq edin, 7-8 aydan sonra baxaq. Haymer deşildiyinə görə orda iltihab yığıla bilər. Onu da indi bilməyəcik, 7-8 ay sonra gələrsiz baxarıq. Əgər iltihab olsa o zaman məcburuq sizi əməliyyat etməyə. Bundan sonra sözügedən Swiss dentə müraciət etdim ki, siz hansı ixtiyarla məni təcili şəkildə əməliyyata alırdınız? Əməliyyatı tam olaraq nə üçün edirdiniz? Başladılar üzrxahlıq etməyə. Həkimləri (heç o orda olmamışdı) Mansur doktor zəng vurub bildirdi ki, Gülnaz xanım, haqlısınız, sizə səhv diaqnoz qoyulub, sizdə əməliyyatlıq və ciddi bir şey yoxdur. Deyirəm, bəs niyə məni panikaya salırdı sizin digər həkimlər? Niyə işçiniz təcili əməliyyata alırdı sabah?
Xülasə, işçisi də gəlin ödənişiniz tam qaytarılacaq deyib üzrxahlıq etdi, hətta kobud belə səslənsə yalvarırdı sözün əsl mənasında. 31 mart getdim klinikaya. Heç üzünü görmədiyim bir xanım başladı ki, bəs biz sizə kanal müalicəsi etmişik. Kanal müalicəsinin pulunu çıxırıq 140 manat. Dedim ki, 330 azn 3 müalicə 1 çəkməyə alırsınızsa, 1 dişin müalicəsi necə 140 azn olur? Ödəyirəm 1 dişin pulunu. Mənə verdiyiniz çekdə ümumi yazmısınız qiyməti detallı şəkildə hər diş üçün nə qədər yazıldığını göstərin. Sonra başladılar ki, o depozit idi tam ödəniş yox. Dedim, işçiniz Gözəl xanımı çağırın, o mənə filan həkimlərin yanında deyib hətta ki, cəmi ödəniş 330 azn. Hətta kassada da soruşulub ki, tam ödəniş edirsiniz? Əgər siz artıq dələduzluğa keçmisinizsə mən Azərbaycana qayıdanda sizdən şikayət edəcəm.
Həmin gün ölkədən köçürdüm deyə məcbur qalıb, yazışmalarla davam etməli oldum. Sonra digər bir işçiləri Elnurə adlı bir xanım zəng vurdu. 15 dəqiqə telefonla danışıb, üzrxahlıq edib deyib ki, ödənişinizi siz gələn kimi biz sizə geri ödəyəcəyik. 22 oktyabr ölkəyə gəlmişəm, hər gün söhbəti başqa səmtə aparıb pulumu verməmək üçün hər şey edirlər.
Bura yazmaqda məqsədim o klinikadan uzaq durmağınızdır. Bilmirəm kimin klinikasıdır, nəyinə yaxud kiminə güvənir ama əminəm ki, qanunun aliliyi özünü göstərəcək. Cavad, Günel (heç birinə həkim deməyə dilim də gəlmir), Gözəl x (boş-boş özünü şirin göstərib puldan ötrü mənim sağlam halımda əməliyyata yazmaq üçün dəridən qabıqdan çıxdı), Elnurə x (yola verməklə guya müştəri məmnuniyyəti göstərir). Onsuzda onlar bu dələduzluğa görə cavab verəcəklər ama bilin ki, o klinika nəinki savadsız həkimlərlə doludur, həm də dələduzluqla məşğuldur..."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
























