Sosial (Bu gün, 09:25)
Daha bir sahədə araşdırma başlayır? – Xalqa xəyanət edənlərin izi…
Müğənni Nura Suri verilişlərin reytinqini təyin edən “Marsa” adlı şirkət haqda bir müddətdir araşdırma apardığını, amma dəqiq və açıq məlumat tapmadığını deyib.Sitat: “Bütün telekanallar bu cədvəl əsasında sponsorlardan və reklamdan pul qazanır. Nəticədə, səviyyəsiz “reytinqli qonaq” çağırılır, zövq oxşayan və yaxud maarifləndirici verilişlər isə guya ki, reytinq toplamır. Bu, çox ciddi məsələdir. Əminəm ki, bu sistem tam şəffaf şəkildə araşdırılsa, burada da dövlətimizə və xalqımıza xəyanət edənlərin izi tapılacaq”.
Bu istiqamətdə araşdırma başlaya bilərmi?
Globalinfo.az-a danışan media eksperti Zeynal Məmmədli deyib ki, problemin həllini media azadlığı və müstəqil idarəetmənin olmaması kontekstində axtarmaq lazımdır:
“Reytinqlər yalnız sərbəst bazar şəraitində real və etibarlı olur. Əgər iqtisadiyyat azad deyilsə və inhisar mövcuddursa, belə mühitdə formalaşan rəqəmlər saxta göstəricilərdən başqa məna daşımır”.
Sosioloq Mail Yaqub bildirib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada əyləncəli verilişlər daha çox izlənilir:
“Bu, təəccüblü deyil, lakin bir texnikası var. Şou yüngüllük demək deyil, çünki bu, mənasızlıqdır və əxlaqsızlığa aparır. Əyləncənin də bir həddi, forması və üslubu olmalıdır. Təəssüf ki, bizdə bu xətt çox vaxt qorunmur. Bir çox aparıcı efirdə öz dilimizdə səlis danışa bilmir, söz bazası zəifdir, davranışında səviyyəsizlik və təlxəklik müşahidə olunur. Qonaqları təhqir etmək, alçaltmaq, şəxsi və məişət söhbətlərini efirə çıxarmaq adi hala çevrilib. Nəticədə bu verilişlər Azərbaycan qadını, kişisi, ailəsini alçaldan və dəyərsizləşdirən mənzərə yaradır. Tamaşaçıda sanki “Azərbaycan ailəsi belədir” kimi yanlış təsəvvür formalaşdırılır. Kimlər bu cür verilişlərə imkan yaradır? Kimlər onların yayımında maraqlıdır? Bu sualın cavabı çox mürəkkəb, amma vacibdir”.
Sosioloq qeyd edib ki, son dövrlərdə sosial mediada ciddi və məzmunlu kontentlərin sayı artıb:
“İnsanlar tədricən səviyyəsiz əyləncədən uzaqlaşıb, dərin müzakirələrə və analitik çıxışlara yönəlirlər. Bu, cəmiyyət üçün müsbət tendensiyadır. İndi əsas məsələ budur ki, görəsən, televiziya kanalları bu dəyişimi görürmü? Onlar bu cür ciddi söhbətlərin, intellektual müzakirələrin efirlərə çıxarılmasına hazırdırlarmı? Çünki artıq vaxt yetişib”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur.. VİDEO
1 11 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025






















