Siyasət (1-05-2024, 21:11)
Qərbin Məmmədli həyəcanı: Blinken Bakıdan nə istəyib?

Prezident İlham Əliyev sonuncu Almaniya səfərində mətbuat konfransı zamanı jurnalistlərin təqibi ilə bağlı suala cavabında məsələyə ətraflı şəkildə aydınlıq gətirib. Bildirib ki, Azərbaycanda azad internet var və belə ölkədə medianın fəaliyyətinin qarşısının alınması mümkün deyil. Ölkə başçısı indiyədək həbs edilən şəxslərin maliyyə qaçaqmalçılığında şübhəli bilindiklərini də vurğulayıb. Bütün bunlara rəğmən, məlum şəbəkə rəsmi Bakını yenə də bu mövzuda tənqid və ittiham edir.
Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Avropa Şurası Parlament Assambleyasında korrupsiyalaşmış Qərb reputasiyalı deputat Frankle Şvabe Almaniya Sosial Demokratlar Partiyasının AŞPA-da nümayəndə heyətinin başçısıdır:
“O, “X” sosial şəbəkəsindəki hesabında Anar Məmmədlinin adını çəkərək Azərbaycan dövlətini ittiham edib. Bu şəxsi həbs etdiyinə görə rəsmi Bakının AŞPA-ya geri yolunun olmadığını bildirib. Onun kimilər guya ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngindən sonra adı çəkilən şəxsin həbs edildiyi haqda əsassız fikirlər səsləndirirlər. Bu, tamamilə yanlış, gülünc yanaşmadır”.
Deputatın sözlərinə görə, E.Blinken Prezident İlham Əliyevlə telefon danışığında Azərbaycandakı demokratik proseslərdən razı qaldığını qeyd edib:
“Ölkə başçımız Azərbaycanın demokratik inkişaf yolunu seçdiyini və bu istiqamətdə ciddi addımlar atmaq niyyətini ortaya qoyduğunu bildirib. ABŞ Dövlət katibi də Azərbaycanın demokratiya sahəsindəki addımlarının bundan sonra da davamlı olmasında maraqlı olduqlarını vurğulayıb. Azərbaycanda heç kim öz siyasi baxışına və mövqeyinə görə həbs edilmir. Biz hüquqi dövlət qururuq. Söz və mətbuat azadlığı var. Ölkə əhalisinin 80 faizindən çoxu intenet istifadəçisidir. İnternet azadlığı olan, senzuranın ləğv edildiyi dövlətdə demokratiyanın olmaması ilə bağlı iddialar gülüş doğurur. Anar Məmmədli kimi cinayətkarları müdafiə edən şəxslər bir dəfə də olsun Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarla bağlı həqiqəti söyləməyib, ağızlarına su alıb oturublar.
Elə Şvabelər də bir azərbaycanlının müdafiəçisi kimi çıxış etmirlər. Onların niyyəti qalib Azərbaycana təzyiq göstərməkdir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025