Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma / Redaktor seçimi (Bu gün, 10:07)
Nazirin sözü "Azərbaycan Dəmir Yolları" QSC-DƏ keçmir?

 
Mediatv.az-ın elektron poçtuna Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin  XAZ sexinin böyük mexaniki Eldar Güləliyevin adından müraciət daxil olub.Şikayətçi yazır:
    Mən Eldar Güləliyev Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin  XAZ sexinin böyük mexaniki işləyirdim. Mən tərəfdən istifadə olunması üçün mühafizə olunan dəmir yolu keçidi üçün 900 metr kabel lazım idi. Mən bu barədə idarənin rəisi Elxan İsmayılova müraciət etdim. Mənə bildirdi ki kabel yoxdur. Halbuki  dövlətimiz tərəfindən izolyasiya olunmuş külli miqdarda qiyməti olan  kabellərlə təmin olunublar. İnsanların həyatı təhlükədə olduğu üçün mən məcbur qalıb bu barədə ölkə başçısına şikayət ünvanladım. Bundan sonra Elxan İsmayılov mənə kabellərlə təmin etdi. Lakin iclasda bildirdi ki, “nə olsun sən prezidentə şikayət etmisən, istəyirsən lap Səddam Hüseynə şikayət et, burda qanun mənəm”. Bu yəqin harınlamanın son həddidir.
Bundan sonra şikayət etdiyim üçün məni işdən azad etdilər, mənə düşən əmək haqqımın 5 misli miqdarında kompensasiyanıda vermədilər.  İnsan resursları Sevinc Məmmədova və Nahid Bədirov mənə dedilər ki, get hara istəyirən şikayət et. Hətta 2 ay ərzində mənim əmək kitabçamıda qaytarmadılar. Əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin insan resursları Sevinc Məmmədovanın bu sahədə savadı çatmadığı üçün və ya digər səbəblərdən əmri təqdim etmiş, lakin əmək kitabçasını 2 ay təqdim etməmişdir. Mən əmək müfəttişliyinə şikayət etdikdən sonra əmək kitabçam qaytarıldı.  Mən 42  stajlı dəmiryolçulayam, iş daimi işdir, lakin məcburiyyət qarşısında mənə müddətli müqavilə imzalatdırıblar. Və işəgötürən Elxan İsmayılovun yaxın dostu Qəzənfər Abduləzimov  bundan sui-istifadə edərək mənim müqaviləmə xitam verdi.
Mən 31.01.2025 tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevin qəbuluna getdim, ona hər şeyi izah etdim. Cənab nazir mənə bildirdi ki, sizin kompensasiyanız ödəniləcək və bu işi nazirliyin insan resursları şöbəsinin rəisi Renat Rüstəmova tapşırıldı. Həmin şəxs mənimlə əlaqə saxlayıb soruşdu ki, sizə nə qədər pul ödənilməlidir? Məndə dedim ki, əmək haqqımın 5 misli, yəni 5000 manat. Dedi yaxşı, Elxanla danışaram. 2 gündən sonra isə mən ondan məktub aldım. Məktubda qeyd olunurdu ki, bunun bizə aidiyyatı yoxdur, get məhkəməyə müraciət et. (Həmin məktubu da sizə təqdim edirəm). Mən ona zəng edib soruşdum ki, ay müəllim bu nə məktubdu mənə göndərmisiz, bəyəm nazir bilmir bunun kimə aidiyyatı var, axı o mənə camaatın içində söz verdi ki, pulun ödəniləcək. Renat Rüstəmov mənə cavab verdi ki, bəs o məktubu ele-belə göndərmişəm, sənin pulun ödəniləcək. Qeyd edim ki, mən 03.02.2025 tarixdə Həmkarlar İttifaqları Konfederasiyasının Sədri Sahib Məmmədovun qəbulunda olmuşam, onada müraciət etmişəm. O mənə söz verdi ki, biz tərəfədan sənə 42 il stajlı dəmiryolçu olduğun üçün 1000 manat ödəniləcək. 1000 manat mənə ödənildi və bildirildi ki, bu  sırf AHİK tərəfindən ödənilir və nazirin vəd etdiyi 5 misli ilə əlaqəsi yoxdur.
Sonradan Renat Rüstəmov AHİK-dən verilən pula şərik çıxmaq istədi. Zəng edib məndən soruşdu ki, nə oldu sənə pul ödənildi? Dedim o pul 1000 manatdır AHİK tərəfindən ödənilib, onun sizə aidiyyatı yoxdur. Dedi ki, yox əslində sənə heç oda düşmür, müraciət etmisən deyə sənə onu veriblər. Dedim ay müəllim, nazir özü mənə söz verib, siz adi işçisiz, siz necə qərar verə bilərsiz ? Həmdə əyər düşmürsə mənə göndərdiyiniz məktubda elə onu yazardız da, niyə yazırsız bizə aidiyyatı yoxdur?! Həmdə əyər qanunla mənə o pul düşmürsə bəs 1000  manat  niyə verilib? O sualıma cavab verə bilmədi.  Ondan sonra daha mənim zənglərimədə cavab vermir. Görünür pulun qalan hissəsini öz aralarında bölüşdürüblər.
 Görünür nazirin verdiyi sözə əhəmiyyət verən yoxdur, onun tapşırıqları yerinə yetirilmir. Məndə istəyirəm məsələni işiqlandırım ki, söhbət cənab Nəbiyevə çatsın.Nə cür işçiləri olduğunu görsün
 Qarşı tərəfin cavab haqqını tanıyırıq
 Mediatv.azшаблоны для dle 11.2

Xəbər lenti
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
6 04 2025