Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderin qalibini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “Respublikanın bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işləri”nin satın alınması ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub.
Qalib “Bakımexanizasiyanəqliyyat” Açıq Səhmdar Cəmiyyəti olub.
Qalib şirkətə 7 milyon 671 min 106,36 ödəniləcək. Layihənin ehtimal olunan qiyməti 8 milyon 121 min 983,16 manat idi.
Bu şirkət bundan əvvəl də qurumun 4 milyon 771 min 43 manat dəyərindəki Respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması tenderinin qalibi olub.
Xatırladaq ki, “Bakımexanizasiyanəqliyyat” ASC 1 iyun 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 128 212 manatdır. Qanuni təmsilçisi Zabir Nağıyev Sadıx oğludur.