Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:20)
Ramiz Mehdiyevin gömrükdəki ƏSAS ADAMI: Azər Məmmədov... -HƏLƏ DƏ İŞ BAŞINDADIR...

Azər Məmmədovun qanunsuz şirkətləri büdcəyə necə ziyan vurur?

Özü bazarda arabaçı işləyir, amma adına 5 şirkət açılıb və 54 min 441 manat vergi borcu var. Şəhid qardaşı olan Xəqani Qasımov bu vəziyyəti yalnız Rusiyaya işləməyə getmək istəyəndə öyrənib. Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb.

 Xəqani Qasımov adlı şəxs “işə düzəltmək” adı ilə bir neçə sənədə qol çəkdiyini, şəxsiyyət vəsiqəsinin də həmin şəxslər tərəfindən götürüldüyünü bildirib. Onlardan xəbər çıxmadığını görən Xəqani arabaçılıq etməyə davam edib. Sonradan Rusiyada yaşayan qohumlarının yanına gedib fəhlə kimi işləmək istəyəndə isə onun adına açılmış 5 şirkətin və böyük məbləğdə vergi borcunun olduğunu öyrənib.

Dövlət Vergi Xidmətindən ona bildirilib ki, vəziyyətin həlli üçün məhkəməyə müraciət etməlidir. Lakin onun vəkil tutmağa da imkanı yoxdur. Dövlət Vergi Xidmətindən əlavə olunub ki, başqa adamın adına “VÖEN” açmaq mümkün deyil, bunun üçün ya etibarnamə verilməli, ya da şəxs özü müraciət etməlidir.

Diqqət edin, böyük bir cinayət əməlinə, 55 min manat vergi borcu olan adama Dövlət Vergi Xidmətinin cavabına fikir verin. Yəni, yenə günahkar vətəndaşdır. Uzun illərdir belə edirlər, uzun illərdir vətəndaş günahkardır. Araşdıran yox, axtaran yox. Dövlət Vergi Xidməti vətəndaşı çağırıb araşdırma aparmır ki, bu şirkətnə gətirib, onun adına hansı mallar gəlib, harda satılıb, bu cinayəti kimlər törədib. Maraqlı deyil? Niyə?

Əlbətdə, bu hadisə təkcə bir arabaçının deyil, illərlə davam edən böyük bir sistem probleminin göstəricisidir. Uzun illərdir adına vergi borcu gələn, xəbəri olmadan şirkət açılan, kasıb və savadsız insanların sayı hesabı yoxdur. Bu nə birinci, nə də son hadisədir.

Çünki illərdir kimlərinsə adına gömrük və idxal-ixrac şirkətləri açaraq milyonlar qazanan işbaz şəbəkələr, qaununsuz şirkətlər fəaliyyət göstərir. Mətbuatda dəfələrlə narkotik aludəçilərinin, ağır xəstələrin və imkansız insanların adından açılan və milyonlarla manat borcu olan şirkətlər haqqında yazılıb.

Amma təəssüf ki, bu hallara aidiyyəti qurumların, Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac İdarəsinin reaksiyası, nəzarəti və məsuliyyəti yetərli səviyyədə deyil. Bu susqunluq, əslində, problemin köklənməsinə şərait yaradır. Susmaq isə, razılaşmaq əlamətidir. Hamı qazanır, heç kim narahat deyil. İtirən isə dövlət və sadə vətəndaşlar və bir də qanuni sahibkarlardır. Belə lazımdır?

Son günlərdə “Boz kardinal” Ramiz Mehdiyevin dövlətə vurduğu zərərlər, etdiyi xainlik və topladığı sərvətlər fonunda bu sistemin haradan qaynaqlandığı daha aydın görünür. Ramiz Mehdiyevin Gömrük Komitəsindəki adamları, illərlə formalaşdırdığı əlaqələr və kargo bazarındakı təsiri bu gün də hiss olunur. Ölkənin ən iri kargo şirkətləri sayılan "Şah” və “Çin” karqoları ilə onun əlaqələri və bu şirkətlərin rəhbəri, “kargo Şamil” kimi tanınan şəxslə yaxın münasibətləri təsadüfi deyil.

Məhz bu əlaqələr sayəsində illərlə ölkənin kargo bazarı monopoliyada saxlanılıb, dövlət büdcəsinə zərbə vurulub və müəyyən şəxslər milyonlarla manat gəlir əldə ediblər. Ramiz Mehdiyev bu proseslərdən Gömrük Komitəsindəki dəstəkləri vasitəsilə yararlanıb, büdcəyə ciddi ziyan vurmaqla öz maliyyə gücünü möhkəmləndirib.

Daha bir incə məqam - Bu gün diqqət daha çox Bakı Baş Gömrük İdarəsinə yönəlib və hər şeyin “şəffaf” olduğu iddia edilir. Amma bəs bölgələrdə vəziyyət necədir?

Məlumatlara görə, Xaçmaz, Biləsuvar, Astara və Tovuz Gömrük idarələrində qanunsuz fəaliyyətlər, vergidən yayınma və başqa şəxslərin adına açılan şirkətlərin fəaliyyəti daha rahat şəkildə həyata keçirilir. Bu idarələr coğrafi baxımdan uzaqda olduqları üçün nəzarətdən kənarda qalır və “sakit rejimdə” fəaliyyət göstərən çoxsaylı şübhəli şirkətlər burada rahatlıqla işləyirlər. Aidiyyəti qurumların bu idarələri daha ciddi nəzarətə götürməsi zəruridir. Çünki məhz bu bölgələrdə qanunsuz idxal-ixrac əməliyyatları, vergidən yayınma sxemləri və qanunsuz şirkət fəaliyyəti geniş vüsət alıb.

Ramiz Mehdiyev müzakirələri fonunda əsas suallar hələ də açıq qalır

- Gömrük Komitəsində və onun bölgə idarələrində kimlər bu sistemin qoruyucusudur?
- Dövlət büdcəsindən yayındırılan milyonların kimlərin cibinə getdiyi niyə hələ də araşdırılmır?
- Qanunsuz şirkətlərin arxasında Ramiz Mehdiyev klanının rolu nə qədərdir?

Bu məsələlərin araşdırılması Gömrük Komitəsinin sədri Şahin Bağırovun, eləcə də İdxal-İxrac İdarəsinin rəhbəri Azər Məmmədovun birbaşa diqqətində olmalıdır. Əgər bu istiqamətdə addımlar atılmırsa, deməli, bu şəxslərin də qanunsuz şirkətlərlə əlaqəsi ehtimaldan kənarda deyil, məntiq belə deyir.

Bazarda arabaçı işləyən, şəhid qardaşı Xəqani Qasımovun faciəsi əslində daha böyük bir sistemin - saxtakarlıq, vergidən yayınma və korrupsiya şəbəkəsinin kiçik əksidir. Əgər bu cür hadisələr illərlə davam edirsə, deməli, dövlət orqanlarında hələ də köhnə sistemin adamları qalmaqdadır. Onlar təmizlənmədən, ölkədə nə şəffaf iqtisadiyyat, nə də ədalətli sahibkarlıq mühiti mümkündür.(Dia-az)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025