İqtisadiyyat (7-12-2020, 12:06)
Dövlət Vergi Xidməti milyonluq vergi borcu olan şirkəti niyə tenderin qalibi edib? - AÇIQLAMA
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti milyonluq vergi borcu olan şirkəti tenderin qalibi seçməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətindən "MediaPost"a bildirilib ki, əgər bəyannamə yenicə verilibsə və ödəniş edilməyibsə, 2 gün sonra vergi borcu yenidən yarana bilər:
"Bu, dinamik bir şeydir. Yəni tender keçirilən gün şirkətin vergi borcu olmaya bilər, daha sonra vergi borcu sistemdə görünə bilər. Amma tender keçirilən ana vergi borcu ola bilməz".
Qeyd edək ki, Dövlət Vergi Xidməti 1,7 milyon manat vergi borcu olan “Caspel” MMC-ni oktyabrın sonunda keçirilən 12,8 milyon manatlıq MEEM yaradılması və digər İT xidmətlərinin alınması ilə bağlı tenderin qalibi elan etmişdi. "Dövlət Satınalmaları haqqında" Qanuna əsasən bu satınalma vergi borcunun olması ilə bağlı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, qanunun 6.2.5-ci maddəsinə əsasən tenderdə iştirak edək kommersiya qurumunun vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Bundan əlavə, bir il ərzində gecikdirilmiş vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024