Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 20:30)
Yasamalda “Pirate PUB”da vəhşicəsinə döyülmə: Müştəri icarədarın zərbəsi ilə ağır xəsarət alıb

 
Yasamal rayonu, “Yasamal Mall”ın yaxınlığında yerləşən “Pirate PUB” adlı iaşə obyektində baş verən kütləvi dava ictimaiyyətdə narahatlıq yaradıb. 27 sentyabr 2025-ci il tarixində vətəndaş Elməddin Davud oğlu Şəmmədov həmin məkanda PUB-ın icarədarı Nurəli və onunla birlikdə olan 2-3 nəfər tərəfindən vəhşicəsinə döyülərək ağır bədən xəsarətləri alıb.

Zərərçəkmiş bildirir ki, pub onun davamlı istirahət etdiyi məkan olub, və əvvəllər hesablarını ertəsi gün ödədiyi hallar çox olub. Hadisə günü də saat 10:00-12:00 radələrində hesabı səhəri gün ödəyəcəyini deməsinə baxmayaraq, xəbərdarlıq edilmədən icarədar Nurəli arxadan yaxınlaşaraq yumruqla baş nahiyəsinə zərbə endirib. Nəticədə yerə yıxılan Elməddin Şəmmədova daha sonra tanımadığı 2-3 nəfər tərəfindən də hücum olunub, onun döyülməsi davam etdirilib.

Ayıldıqdan sonra 102 qaynar xəttinə müraciət edən vətəndaşın şikayəti əsasında iş 29-cu Polis Şöbəsində araşdırılır. Hadisə ilə bağlı tibbi ekspertiza təyin olunub, sağlamlığa ağır zərər vurma maddəsi üzrə cinayət işi açılması gözlənilir.

Baş vermiş hadisə nəticəsində Elməddin Səmmədovun burun sümüyünün sınması və nəfəsalma funksiyalarında ciddi problemlər yaranması həyati vacib tibbi müdaxiləni zəruri edir. Tibb ekspertlərinin rəyinə əsasən, bu cür zədələr gecikdirildikdə:

- Daimi nəfəsalma çətinliyi,
- Burun formasının deformasiyası,
- Kəskin baş ağrıları və yuxu pozuntuları,
- Xroniki sinusit və infeksiyalar kimi fəsadlara səbəb ola bilər.


Bu səbəbdən Elməddin Səmmədova təcili olaraq rinoplastik (burun sümüyünün bərpası) əməliyyat edilməli və bu əməliyyatın cinayət işi çərçivəsində zəruri tibbi yardım kimi qiymətləndirilməsi, məhkəmə-tibbi ekspertiza sənədlərində əks olunmalıdır.

Eyni zamanda, cinayət işi üzrə istintaq orqanı bu əməliyyatın maddi məsuliyyətinin qarşı tərəfə – hadisəni törədən şəxslərə ödətdirilməsi üçün hüquqi mexanizmləri işə sala bilər.

Vətəndaşın sağlamlığına dəyən zərərin hüquqi və tibbi aspektdə qiymətləndirilməsi üçün təcili tibbi rəy və hüquqi müdafiəçi vasitəsilə prosesin nəzarətdə saxlanması tövsiyə olunur.

Vətəndaş iddia edir ki, “Pirate PUB” rəhbərliyi və icarədar Nurəli bu hadisəni ört-basdır etməyə çalışır. O, hüquq-mühafizə orqanlarından ədalətli istintaq və hüquqi qiymət verilməsini tələb edir.

Qanunvericiliyə əsasən, bu kimi hallar CM-nin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə qiymətləndirilə bilər və təqsirləndirilən şəxsləri 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, polisə vətəndaş Elməddin Şəmmədovun paytaxtın Yasamal rayonunda yerləşən ictimai iaşə obyektlərinin birində döyülərək xəsarət alması ilə bağlı müraciəti daxil olub. Müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. Tərəflər ərazi polis orqanına gətirilib, ərizə və izahatları alınıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verməsi məlum olub. Xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
7 10 2025
7 10 2025