Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (31-08-2021, 14:08)
Bakıda yüksək vəzifəli şəxsin oğlu niyə öldürüldü? - QALMAQALLI HADİSƏNİN TƏFƏRRÜATI

Bakıda yüksək vəzifəli şəxsin oğlu niyə öldürüldü?
Avqustun 30-na keçən gecə Bakının Xocalı prospektində yerləşən "Berlin pub”da klubun mühafizəçisi Orxan Şahbazovun 1981-ci il təvəllüdlü Vüqar Mustafayevi öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisə “pub”da yerə görə yaranmış mübahisə zəminində baş verib.

Belə ki, gecə saatlarında dostları ilə kluba gələn Vüqar Mustafayev onun istədiyi yerin başqa müştəriyə verilməsinə görə narazılıq edib. Narazılıq daha sonra mübahisəyə çevrilib və mühafizəçi Orxan Şahbazov oraya yaxınlaşıb. Bu zaman münaqişə baş verib və V.Mustafayev onu kənara dartan mühafizəçiyə zərbələr endirib. O.Şahbazov da onu vurub və zərbənin gücündən V.Mustafayev yıxılıb.

Hadisə yerində olan şəxslər əvvəlcə Vüqarın ciddi xəsarət almadığını düşünüblər. Lakin qısa vaxt sonra onun vəziyyətinin ağır olduğu, başından ağır zədə aldığı məlum olub. O, dərhal xəstəxanaya çatdırılıb. Burada V.Mustafayevin baş beyninin zədələndiyi məlum olub. Tibbi müdaxiləyə baxmayaraq dünən saat 08 radələrində o, xəstəxanada vəfat edib.

Qeyd edək ki, vəfat edən şəxs Təhsil Nazirliyində 21 il Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur. V.Mustafayevin atasının biznesini idarə etdiyi bildirilir.

O.Şahbazov saxlanılıb, faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Bakıda yüksək vəzifəli şəxsin oğlu niyə öldürüldü?
Bakıda yüksək vəzifəli şəxsin oğlu niyə öldürüldü?
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024