Bizim.Media-nın əldə etdiyi məlumata görə, Vüqar Mustafayev Təhsil Nazirliyində 21 il Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur.
Xatırladaq ki, İlham Mustafayevin mediada adı restoranlar “kralı” kimi də hallanır.
Məlumatlara görə İlham Mustafayevin paytaxtda iki çay evi, maşın təmiri sexi, Gürcüstanda isə villası, restoranları fəaliyyət göstərir.
Onun Bakıda Şıxov çimərliyi yaxınlığında «Qızıl Balıq» restoranı və bahalı kafelərinin olduğu iddia olunur.
Xatırladaq ki, İlham Mustafayev Təhsil nazirliyində tutduğu vəzifədən 2013-cü ildən azad edilib.



