Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 23:26)
Sertifikatı ləvğ olunmuş Seymur Məmmədovun əməlinə hüquqi qiymətin verilməsi nə zaman açıqlanacaq?

 

Bu ilin avqust ayının 15 də “Etalon" hospitalda  məşhur  psixoloq Nilufər Abdulla  plastik əməliyyatdan sonra  vəziyyətinin ağırlaşması və dünyasının dəyişməsi haqda sevimli oxucularımıza məlumat vermişdik. Nilufər Abdullanın estetik əməliyyatının “Etalon" hospitalda Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən icra edildiyini qeyd etmişdik.Bu hadisədən sonra Yasamal Rayon Prokurorluğunda cinayət işi qaldırılmış və Nilufər Abdullanın hansı səbəbdən ölməsi ilə əlaqədər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində araşdırma aparılmağa başlanıldı.Ölüm işinin obyektiv araşdırılması ilə əlaqədar, bir media qurumu olaraq 19.08.2025-ci il tarixdə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə rəsmi məktubla müraciət etdik.Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənovdan Nilufər Abdullanın ölüm səbəbinin obyektiv araşdırılmasını xahiş etməklə bərabər,Nilufer Abdullanın estetik əməliyyatını Səhiyyə Nazirliyi tərəfindən sertifikatı levğ olunmuş Seymur Məmmədov tərəfindən icra edildiyini və bununla əlaqədar olaraq Mediatv.az xəbər potralında Bir ilde iki ölüm: Təsadüf, həkim səhlənkarlığı, yoxsa NAŞILIQ? (https://mediatv.az/karusel/127486-pl.html) sərlövhəli məqalə də dərc etdiyimizi bildirdik.
  
Sorgu məktubumuza verilən cavabda bildirilir:Sizin 25.08.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi" Publik Hüquqi Şəxsinə daxil olmuş 19.08.2025-ci il tarixli, 10/306 saylı sorğu məktubunuza baxıldı.

Sorğu məktubunuzda qaldırılan məsələnin məhkəmə-tibb ekspertizasına aid hissəsilə bağlı bildiririk ki, 1989-cu il təvəllüdlü Mansurova Nilufar Mahir qızının meyiti Yasamal Rayon Prokurorunun köməkçisi Mayıl Vəliyevin qərarı əsasında 15.08.2025-ci il tarixdə "MTE və PAB" PHŞ-nin Mərkəzi məhkəmə-tibbi ekspertizalar şöbəsində tam məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilmişdir.

Bildiririk ki, müvafiq ekspert tədqiqatları aparıldıqdan sonra mərhum N.M.Mansurovanın ölümünün səbəbinə və tibb işçilərinin peşə fəaliyyətinə dair təyin ediləcək komisyon məhkəmə-tibb ekspertizalarına dair, mövcud əsasnamə və normativ sənədlərin tələblərinə uyğun, obyektiv və elmi əsaslı "Ekspert rəyləri" tərtib olunub, aidiyyəti üzrə Yasamal Rayon Prokurorluğuna göndəriləcəkdir.

 Biz də redaksiya olaraq inanırıq ki Nilufər Abdullanın qanı yerdə qalmayacaq və onun ölümünün hansı səbəbdən baş verdiyinə lazimi hüquqi qiymət veriləcək.

    Mediatv.azшаблоны для dle 11.2

Xəbər lenti
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025
23 09 2025