Karusel / Redaktor seçimi (Bu gün, 09:03)
Sertifikatı ləvğ edilmiş plastik cəlladlar şəbəkəsini kimlər himayə edir?

Sertifikatı ləvğ edilmiş plastik cəlladlar şəbəkəsini kimlər idarə edir?
Bu günlərdə tanınmış psixoloq Nilufər Abdullanın uğursuz cərrahi əməliyyatdan sonra dünyasını dəyişdiyi “Etalon” hospital öz internet səhifəsində üç azyaşlı uşağın anasız qalması ilə nəticələnən faciənin səbəbkarı Seymur Məmmədovu hələ də estetik cərrah kimi göstərir. Qəribədir, sertifikatı ləğv olunmuş həkim hospitalda necə fəaliyyət göstərirmiş?
Mərhumə psixoloqun bacısı Fidan Abdulla “BakuTv”yə müsahibəsində deyib ki, səhlənkarlığı ilə bacısının ölümünə səbəbkar hesab etdiyi Seymur Məmmədov bir nəfər “instagram” hesabında “d-r Pərviz” kimi təqdim olunan Pərviz adlı şəxsin komandasında cərrah kimi fəaliyyət göstərir. Onları Seymur Məmmədova məhz Pərviz yönləndirib və Seymur Məmmədovun lisenziyalı, çox professional həkim olduğuna inandırıb. Fidan Abdulla bacısının yanında palatada qaldığını bildirib və klinikada əməliyyatdan sonra ağırlaşan xəstənin üzərində reanimasiya tədbirlərinin keçirilmədiyini, ya da çox səthi aparıldığını xatırlayıb: “Süni nəfəs, təzyiq, ürək döyüntüsünü ölçən aparatların çıxarıldığını görən Fidan Abdulla niyə belə edildiyini soruşanda ona “yatıb artıq” deyiblər. Halbuki, xəstə yatsa da belə cihazlar ondan ayrılmamalı idi. Yarım saat sonra bir tibb işçisi palataya daxil oldu və diqqət yetirib nə gördüsə, bütün həkimləri ora çağırdı...”

Hadisə ilə bağlı sosial şəbəkə istifadəçilərin yazdıqları rəylərdə Pərviz Əhmədovun anesteziolq olduğu, mahiyyət etibarilə estetik əməliyyatlar, bədən şəkilləndirmə əməliyyatları bazarında dəllal kimi fəaliyyət göstərdiyi deyilir. Mediatv.az-ın redaksiyasına daxil olan başqa bir məlumata görə isə, Nilufər Abdulla qanaxmadan keçinib.İnternet üzərindən araşdırma apararkən “Etalon” hospitalda estetik əməliyyatdan sonra Nilufər Abdullanın ölümi ilk deyil.İctimayyətə məlum olan Pərvanə Mirzəyeva bu ilin mart ayında estetik əməliyyatdan sonra dünyasını dəyişib,Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümeti isə çətinliklə üzləşib.

Xatırladaq ki, bu il yanvarında 30 yaşlı Nəzrin Aydın qızı Mansurova klinikaların birində rinoplastika əməliyyatı etdirmişdi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanadadünyasını dəyişmişdi.Nəzrin Mansurlunun rinoplastika əməliyyatı “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuşdu və onun ölümündən sonra Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həbs olundu.
Belə çıxır ki, Pərviz Əhmədov ,sertifikatı ləvğ olunmuş Seymur Məmmədov özbaşına deyil, ölkənin səhiyyə sitemində ona necə deyərlər, “vur” deyən, qeyri-rəsmi olaraq pasientləri yönləndirmək səlahiyyəti verən qeyri-qanuni əməllərinə göz yuman daha yüksək vəzifəli şəxs və ya şəxslər vardır.Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə Seymur Məmmədov “Etalon” hospitalda və digər klinikalarda hələ də gizlin olaraq fəaliyyətini davam etdirir,eyni zamanda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində işi "bağlamaq üçün" yollar arayır. İnanmaq istəyirik ki, hüquq-mühafizə, cinayət təqibi orqanları (xüsusilə də bu kimi məsələlərlə bağlı yaradılmış, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyası) insanların puluna və qanına susamış bu dəstənin əhatə dairəsinin dəqiq müəyyənləşməsi və üzvlərinin layiqli cəzalarını alması üçün bütün qüvvələrini əsirgəməyəcəklər.
Mediatv.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025