Sosial (17-09-2025, 14:19)
Mərhum generalın əmlakları müsadirə edildi - Siyahı
Müdafiə nazirinin sabiq müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşının cinayət işi üzrə uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.Mediatv.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda vəzifə səlahiyyətlərini aşmaqla xüsusilə külli miqdar təşkil edən 15 milyonluq mənimsəmədə təqsirli biliniblər.
Hökmə əsasən şirkət əməkdaşları - Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum generalın üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkanda bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.
Qeyd edək ki, general Fuad Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
Lənkəran Maşın Sınaq Stansiyasında KÜLLİ MİQDARDA YEYİNTİ –İdarənin keçmiş əməkdaşından şok açıqlama
4 11 2025
Bakıda musiqi məktəbində ŞOK OĞURLUQ: qız müəlliməsinin pullarını sevgilisi ilə xərclədi - TƏFƏRRÜAT
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025


























