Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 10:45)
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi

“Təəssüflə qeyd etmək lazımdır ki, toylarımızda israfçılıq getdikcə artır. Yaslarda olduğu kimi, toylarda da israfçılıq çoxdur. İnsanlar bundan əziyyət çəkir, həqiqətən ciddi narahatlıq doğuran məsələdir. Biz ümumiyyətlə çalışmalıyıq ki, israfçılığı həyatımızdan çıxaraq, çünki dünyada bu gün ciddi proseslər gedir, insanların yaşayışı çətinləşir, qida, ərzaq çatışmazlığı artır”.

Bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, toylar bu gün əzablı bir məkana çevrilib (Demokrat.az).

“İnsanlar səs-küydən otura bilmirlər, yeməklərin keyfiyyətində ciddi problemlər var. Baxmayaraq ki, əslində toyun məqsədi istirahətdir, dincəlməkdir, amma insanlar oradan yorulmuş, tükənmiş formada evlərinə qayıdırlar. Ona görə düşünürəm ki, bu məsələyə də baxılmasına ehtiyac var. İnsanlar bu məsələdən əziyyət çəkməyə davam edirlər. Yaslardakı israfçılığı da biz aradan qaldırmalıyıq. Bunun üçün cəmiyyətin bütün üzvləri səfərbər olmalıdır. Toyun məqsədi insanların xoşbəxtliyidir, amma bu gün toy narahatedici bir məsələyə çevrilib”, - millət vəkili qeyd edib.

Ümumiyyətlə, son illər toy məclislərinin israfçılığından giley-güzar kütləviləşib. İndi hamı şadlıq saraylarının menyusundan şikayətlənir və masaya bu qədər nemət qoyulmasının əleyhinədir. Çünki bu yeməklərin çoxu elə süfrədə qalır. Nəticədə toy sahibinə artıq xərc düşür. Bu da öz növbəsində toya nəmər salanların da məbləği məcburən artırmasına səbəb olur. Bundan isə qazanan nə ailə quran cütlüklərdir, nə toyu təşkil edən valideynlər. Sadəcə, qazanan restoranlar olur. Ona görə də yas mərasimlərində ehsan məclislərinin sadələşdirilməsi kimi, toylarda israfçılığın aradan qaldırılmasına da ehtiyac yaranıb. Bu azmış kimi, ən azı toy sahibi menyuya dəyişiklik etmək, onu bir qədər yüngülləşdirmək hüququna malik olmalıdır. Yəni bu halda menyunun qiyməti qismən ucuz ola bilər. Ancaq şadlıq sarayları vətəndaşların bu seçim azadlıqlarını əlindən alır və istehlakçı hüquqlarını pozaraq özlərinin tərtib etdiyi menyu ilə hesablaşmağa məcbur edirlər. Yəni şadlıq evlərinin müəyyən etdiyi qiymətlər dəyişməz qalır.

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, məclis sahibləri şadlıq saraylarının rəhbərliyi ilə şifahi danışıq zamanı şərtləri razılaşdırmalıdırlar. O vurğuladı ki, menyu, hətta süfrədə qalan yeməklərin məclis sahibinə verilməsi belə danışıqdan asılıdır: “Bu, hüquqi yox, daha çox mentalitetlə bağlı yanaşmadır. Toylara həddən artıq qonaq dəvət olunur, restoranlarda səs-küy çox olur, israfçılıq da həddən artıqdır və s. Restoranlar vəziyyətdən sui-istifadə edirlər. Hələ müğənnilərin dəvət olunması, onlara həddən artıq yüksək məbləğlərin ödənməsi də ayrıca problemdir. Müasir imkanlardan istifadə edib musiqi tərtibatını yüksək səviyyədə təşkil etmək olar. Bir sözlə, hesab edirəm ki, toy adət-ənənələrində dəyişiklik etməyin zamanı çoxdan çatıb”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mövzu ilə bağlı qeyd etdi ki, quruma daim şadlıq sarayları ilə bağlı şikayətlər daxil olur. Onun sözlərinə görə, tələb təklifi üstələdiyi üçün bazar qanunlarına əsasən, keyfiyyətsiz xidmət verilir: “Şadlıq saraylarında nəinki menyunu dəyişdirməyə, süfrəyə gətiriləcək xörəklərin yerini dəyişdirməyə belə icazə verilmir. Sanki insanların məclisi tez tərk etməsi üçün konkret ”alqoritm" müəyyən edilib - işıq, səs tembri, temperatur, ofisiantların davranışı, hər an hesablanıb. Qonaqlar məclisi tez tərk edəndə süfrədə qalan yeməklər sonradan başqa məclisdə istifadə olunur. Müğənnilərlə şadlıq saraylarının gizli razılığı da olur. Ofisiantlar elə hərəkət edirlər ki, heç nə itkiyə getməsin. Məsələn, içkini ancaq ofisiantlar süzür. İstehlakçı hüquqları böyük miqyasda pozulur. Yüksək məbləğlər qarşılığında isə kassa çeki təqdim olunmur. Onu da qeyd etmək lazımdır ki, kütləvi zəhərlənmə hallarında cavabdehlik daşıyan olmur. AQTA bu sahəyə nəzarət edə bilmir. Xüsusilə, rayonlarda süfrəyə 20 cür yemək veriləcəksə, onlardan yalnız bir neçəsi yoxlatdırılır, müvafiq sənəd də restoranlara təqdim olunur. Üstəlik, hesab edirəm ki, şadlıq sarayları ilə məclis sahibləri arasında müqavilə imzalanmasına dair Nazirlər Kabinetinin qərarı olmalıdır".

“Yeni Müsavat”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025