Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 10:41)
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...

"2-3 ay əvvəl növbəyə dayandığım reablitasiya xidmətinə 03.09.2025 ci ildə qəbul olundum. Şəkildə gördüyünüz “mənzərə” Şağan Reabilitasiya Pansionatındandır. İki yer üçün müraciət etmişdim Naftalan və Şağan. Şağanı seçməyimə səbəb isə yeni təmirdən çıxması idi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Sadıqov Asəf adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Fikirləşirdim təmizlik olar. Amma ilk gün, günorta yeməyində bu mənzərə ilə qarşılaşdım. Eybi yox, yəqin təsadüfdür, deyib keçdim. Sakit şəkildə yeməkxana nəzarətçisinə bildirdim vəziyyəti. Ertəsi gün qırıq boşqab olmasa da, çirkli çəngəl-bıçaq var idi. Həm də necə çirk... vəziyyətindən məlum idi ki palatka toylarındakı kimi sadəcə suya çəkilib və ya suya göstəriblər... "Cəhənnəmə ki..." deyib təmiz qaşıq tapıb yeməyimi yedim.
Bu gün səhər eyni hal təkrarlandı. Yağ bıçağının didikli hissəsində və çəngəlin aralıqlarında qaralmış yemək qırıntıları. Bu dəfə iyrəndim, yeyə bilmədim. Direktorun qəbulna getdim, yox idi, katibəsi şikayəti dinlədi, "gələn kimi xəbər edəcəm" dedi, nömrə qoydum.
Normal olaraq xəbər etmədi gözləməyimə baxmayaraq... Özüm yenidən getdim, katibə məlumat verdi ki, direktor Təranə xanım qəbul etdi. Şikayətimi bildirdim, bu şəkilləri göstərdim o isə "tədbir görəcəyik" dedi, amma ağlım heç “kəsmədi”.
Otağıma qalxıb şələ-şüləmi toplayıb müalicədən imtina etməyim barədə ərizə yazdım və çıxdım. Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..."


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025