Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:21)
Hökümət rəsmilərinin adından sui-istifadə edən "makler" Orxan kimdir? -ŞİKAYƏT


Redaksiyamıza gələn şikayətə görə həbsxanada olan şəxsin evi saxta üsullarla əlindən alınıb
Şikayətçi Babayev Natiq Əlamət oğlu iddia edir ki, ona və digər 4 qardaşına məxsus ata evi Orxan adlı makler tərəfindən qanunsuz yolla mənimsənilib. Bu qanunsuz əmələ qardaşlardan birini də ortaq edən Orxan avara və tüfeyli həyat sürən Babayev Nazimi narkotik maddə almasına kömək etmək adıyla aldadaraq bir neçə min manatla yoldan çıxarıb. Həmin qardaş da digər 4 qardaşın razılığını almadan qanunsuz formada evi sözügedən maklerə təhvil verib.
Şikayətçinin iddiasına görə Orxan evi almadan, heç bir ödəniş etmədən qardaşların evini zəbt edib, saxta sənədlər düzəldərək evin özünə məxsus olması haqqında sənədi əlində sübut kimi göstərərək başqa bir şəxsə evi satıb. Həmin şəxs isə maklerin həqiqi deyil saxta sənədlə evi ona satdığından xəbərsizdir. "Evin yeni sahibi"-ni bütün proseslərdən uzaq tutaraq digər qardaşların onunla əlaqə saxlayıb məsələnin əslini bildirmələrinin qarşısını almağa cəhd etməkdədir.
Digər tərəfdən isə makler evin satılmasını istəməyən 4 qardaşı isə fərqli yollarla təhdid edərək özünü hökümətə və nazirlərə yaxın adam olduğunu, ona heç kimin heç nə edə bilməyəcəyini, qardaşların məhkəməyə müraciət edəcəyi təqdirdə hökümətdəki ona yaxın olan nazirlər tərəfindən yoluna qoyulacağını deyərək nazirlərin adından istifadə etməyə çalışır.
Prezidentə yaxın olan şəxslərin nüfuzundan istifadə etməyə çalışan bu Orxan adlı şəxsi araşdırdıqda məşğul olduğu bir neçə qanunsuz biznesi ortaya çıxdı. Belə ki, bu şəxs gizli yolla ölkədə qeyri-qanuni "kazino" oyunları oynadır, müxtəlif şəxsləri kazinoya çəkərək böyük pulları dövriyyəyə buraxır. Bu isə Azərbaycan Qanunvericiliyində çirkli pulların yuyulması maddəsi ilə cinayət törətməsi anlamına gəlir.
Şikayətçinin iddiasına görə Orxan adlı şəxsin "qara-qura" işləri bununla yekunlaşmır. Belə ki, şikayətçi iddia edir ki, Orxan qanuni oğrulardan birinə arxalanaraq qardaşları təhdid etməyə çalışır. Canının təhlükəyə girmə ehtimalını nəzərə alaraq həmin qanuni oğru kimi özünü tanıdan şəxsin adını vermək istəməyən şikayətçi həmin qanuni oğru tərəfindən öldürüləcəyi təhdidlərini Orxandan eşitməkdə davam etdiyini bildirir.
Şikayət edən qardaşlardan biri olan Natiq isə hal-hazırda həbsxanadadır və öz hüquqlarını azad şəkildə qorumağ və özünə və digər qardaşlarına aid olan evi mənimsəyən Orxandan geri almaq imkanlarının məhdud olduğunu bildirir. Onun bildirdiyinə görə Orxan məhz onun həbsxanada olmasından istifadə edərək ona məxsus olan haqqları ələ keçirməyə çalışır. Şikayətçi bildirir ki, bu Orxanın etdiyi yeganə dələduzluq deyil və o zaman-zaman həbsxanada olan şəxslərin evlərini mənimsəyərək saxta sənədlərlə evlərini sataraq külli miqdarda maliyyə əldə edib. Adında olan qeyri-qanuni biznesləri də dələduzluq etdiyi şəxslərin evini zənt edib satmaqla qazandığını iddia edən Babayev Natiq köməksiz və çarəsiz durumda olduğu üçün bu məsələnin həllində Azərbaycanın müvafiq orqanlarından kömək istəyir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarına, Baş Prokuror Kamran Əliyev cənablarına, Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına və Əhmədov Fərid cənablarına üzünü tutan məhbus Babayev Natiq onlardan kömək istəyir.
Biz isə aidiyyəti qurumları tədbir görməyə və Orxan adlı bu şəxsin qeyri-qanuni əməllərini araşdırmağa dəvət edirik. Bu və digər şəxslər Orxan tərəfindən dələduzluğa məruz qalmaması üçün bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlara müraciət edərək məsələnin həlli istiqamətində kömək etməklərini xahiş edirik.(bakufakt.az)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025